Siyasət

Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Fərid İsmayılov: “Fikirdə, hədəfdə, əməldə birlik!”

28 Oktyabr, 2026
38

Toplum TV

“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov Azərbaycandakı demokratik qüvvələrə birlik, qarşılıqlı dəstək çağırışı ilə müraciət ediblər.

Onların özlərini “Mütəşəkkil Dəstə” adlandırdıqları təşəbbüsün müraciətində ölkədə repressiyaların genişləndiyi və siyasi məhbus kimi tanınan şəxslərin sayının artdığı bildirilib, demokratik qüvvələr arasında həmrəyliyə çağırış edilib.

“Toplum TV” müraciəti olduğu kimi təqdim edir.

“Biz “Mütəşəkkil dəstə” təşəbbüsümüzü elan edərkən bildirmişdik ki, ölkədə repressiya son həddədir, həbsxanalar siyasi məhbuslarla doludur və siyasi məhbuslar bu vəziyyəti hüquq müdafiəçiliyi üçün bir fürsətə çevirə bilər. Repressiyanın son həddə olması həm də fəaliyyət sahəsini daraltmaqla ölkənin həqiqi mübarizə cəbhəsi üçün ekzistensial təhlükə yaradır.
Hesab edirik ki, belə bir vəziyyətdə mübarizənin davamlılığının təmin olunması çıxan səsin gur olmasından, daxili çəkişmələrdən yayınmaqdan, qarşılıqlı dəstək ifadəsindən, başqa sözlə, “bir ələ vurmaq”dan keçir.

Azərbaycandakı həqiqi mübarizə müxtəlif (etiraf edək ki, həm də kiçik) qruplar səviyyəsindədir və təbii olaraq bu qrupların bir-birlərinə münasibətdə əsas tutduğu müxtəlif meyarlar var.
Fikrimizcə, hakimiyyətə, repressiyalara, insan hüquqlarına münasibət meyarını bu meyarlar sıralamasında daha yuxarı sıralara keçirməyin vaxtıdır. Çünki hakimiyyətin hamıya münasibətdə yalnız bir meyarı var - məndən göstəriş alır, yoxsa yox? Belə şərait bir-birini hədəfə gətirməməyi, hakimiyyətin hədəfə gətirdiklərinin də birgə müdafiəsinə qalxmağı tələb edir. Aydındır ki, insan münasibətlərində problemli məqamların olması qaçılmazdır. Lakin şəxsi münasibətlərdən kənarda neytrallığı qorumaq əvəzinə belə məqamları ictimai müstəviyə daşımaq ümumi prosesə zərər verən amillərdəndir.

Azərbaycandakı demokratik mübarizənin yaxın tarixi göstərir ki, hakimiyyətin ən zəif olduğu anlarda qarşı cəbhədəki bölünmələr və çatlar onun istədiyi nəticələrin olmasını asanlaşdırıb. Bu mənada, demokratikləşmə mübarizəsində uzun müddətdir yer alan şəxslər əvvəlki təcrübələrdən çıxarılmalı olan dərslərlə bağlı müşahidələrini bölüşsələr, faydalı olar.

Bu qeyd etdiklərimizi uğurun formulu kimi təqdim etmirik. Bunu həbslə qorxudula bilməyən Sevinci, Fəridi, Ülviyyəsi və s. olan bu mübarizənin ömrünü uzatmağın şərtlərindən biri kimi görürük. Uğursuzluq da ehtimaldır, lakin Əhməd Hişamın dediyi kimi, “Bəzi qayələr elə dəyərlidir ki, o yolda məğlub olmaq da qələbə sayılır”.

Fikirdə, hədəfdə, əməldə birlik!

“Mütəşəkkil Dəstə” - Əli Zeynal, İlkin Əmrahov, Fərid İsmayılov, Ramil Babayev.”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Mirzoyan: “Hikmət Hacıyevin Ermənistandan üzr tələbi sülhə töhfə vermir”

28 Oktyabr 2026

Toplum TV

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Azərbaycan xalqından üzr istəməsi ilə bağlı son bəyanatı sülhə “töhfə vermir”. Mirzoyan əlavə edib ki, artıq paraflanmış sülh sazişinin imzalanması üçün “başqa ilkin şərt ola bilməz”. Mirzoyan bu fikirləri parlamentdə müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Tiqran Abrahamyanın sualını cavablandırarkən səsləndirib. Abrahamyan Hacıyevin bəyanatından bir gün keçməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin buna cavab vermədiyini qeyd edib və belə ritorikanın sülh prosesinə nə dərəcədə töhfə verdiyini soruşub. Mirzoyan cavab verilməməsi ilə bağlı tənqidləri rədd edib. O bildirib ki, Ermənistan hökuməti yol boyu çətinlik və maneələrin mövcudluğunu nəzərə alaraq “sülh...
Siyasət

HRW: “Azərbaycan dünyəvi təhsil prinsipindən qızları təhsildən məhrum etmək üçün istifadə etməməlidir”

28 Oktyabr 2026

açıq mənbə

“Human Rights Watch” (HRW) beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini hicablı şagird və müəllimlərin məktəblərə buraxılmasını təmin etməyə, dinc etirazlara və ya məhdudiyyətlərin tənqidinə görə saxlanılanları azad etməyə çağırıb. Təşkilat bununla bağlı oktyabrın 27-də açıqlama yayıb. Açıqlamada bildirilib ki, yeni məktəbli geyimi qaydalarının tətbiqindən sonra ölkənin müxtəlif bölgələrində hicab taxan qızların məktəblərə girişinə icazə verilməyib. HRW bu vəziyyətin təhsil hüququna, din və ya etiqad azadlığına müdaxilə etdiyini, həmçinin ayrı-seçkiliklə bağlı ciddi narahatlıq yaratdığını vurğulayıb. Təşkilat qeyd edib ki, Nazirlər Kabinetinin sentyabrın 21-də məktəbli formaları ilə bağlı qaydalara etdiyi dəyişikliklərdə hicabın qadağan olunması birbaşa göstərilməsə də, yeni tələblər oktyabrın 12-dən bəzi...

Seçilmiş Videolar

Toplum TV loqo