Fərid İsmayılov yazır: “Beynəlxalq standartlı Umbakı həbsxanasında yağış suyu dəhlizlərə axır”
sosial media
“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov yeni yazısında Umbakı Penitensiar Kompleksində məhbusların rütubət və yağış sularının yaratdığı şəraitdə saxlanıldığını bildirir.
Jurnalistin sözlərinə görə, son dövrlər yağan yağışlar zamanı müəssisənin bəzi dəhlizlərinə damdan su axır, döşəmədə gölməçələr yaranır. Rütubət isə çatlamış divarlara və məhbusların saxlanıldığı hissələrə yayılır.
“Dəhlizlərə axan ‘şəlalələr’dən yayınmaq mümkün olsa da, rütubətli divarlar arasında yaşamağa məcburuq”, - Fərid İsmayılov yazır.
Umbakı Penitensiar Kompleksi 2023-cü ildə Ədliyyə Nazirliyi tərəfindən “müasir” və “beynəlxalq standartlara uyğun” müəssisə kimi təqdim olunmuşdu. Rəsmi məlumata əsasən, 1 300 nəfərlik kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpus inşa edilib, saxlanılan şəxslər üçün sanitar qovşaqlar və digər zəruri şərait yaradılıb.
Fərid İsmayılovun araşdırmasına görə, Penitensiar Xidmətin Təchizat İdarəsi 2026-cı ildə Umbakı, Lənkəran və 4 saylı Cəzaçəkmə Müəssisəsində su və çirkab su sistemlərinə xidmət göstərilməsi üçün satınalma keçirib.
Jurnlaist bildirir ki, bu işlər üzrə qalib şirkətlə 210 min 984 manatlıq müqavilə bağlanıb. Satınalma su və çirkab su nasosxana stansiyalarına, eləcə də avadanlıqlara xidmətin göstərilməsini nəzərdə tutub.
Jurnalist qeyd edir ki, müqavilənin Umbakı müəssisəsində yağış sularının kənarlaşdırılması, drenaj və dam örtüyündəki problemlərin aradan qaldırılmasını əhatə edib-etmədiyi aydın deyil.
“Əsas sual budur: su və çirkab su sistemlərinə xidmət üçün dövlət büdcəsindən yüz minlərlə manat ayrıldığı halda, müəssisədə yağış sularının dəhlizlərə axmasının qarşısı niyə alınmayıb?”, - jurnalit qeyd edir.
“Toplum TV” jurnalistin səsləndirdiyi iddialarla bağlı bağlı Penitensiar Xidmətə sorğu göndərib. Qurumun mövqeyini almaq mümkün olmayıb. Cavab verilərsə, materiala əlavə ediləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AbzasMedia
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub