Siyasət

Fərid İsmayılovun azadlığı üçün Avropanın bir neçə şəhərlərində kampaniya keçirilib

17 Yanvar, 2026
315

Foto: sosial media

"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılovun azadlığı tələbilə Avropanın müxtəlif şəhərlərində kampaniya keçirilib. 

Kampaniyanın təşkilatçıları Azərbaycan səfirliyinin binası da daxil olmaqla ictimai məkanlara posterlər yapışdırıblar. Posterdə Jurnalistləri Müdafiə Komitəsinin saytında F.İsmayılov barədə məlumatın əks olunduğu səhifəyə aparan QR kod yerləşdirilib. 

Təşkilatçıların sırasında jurnalist Ülviyyə Şahin, Azərbaycan Xalq Parlamentinin həmsədri Abid Qafarov və digərləri var. 

"Fərid gənc, qətiyyətli, cəsarətli və perspektivli jurnalistdir. Dövlət belə gəncləri potensiallarını reallaşdırmaları üçün dəstəkləməli, onları həbs etməməlidir. Bu repressiv siyasət nəticəsində Azərbaycan dünyada gəncliyi məhv edilən ölkə kimi tanınacaq. Əgər bu zülmü dayandıra bilmiriksə, o zaman hamının bundan xəbərdar olmasını təmin etməyə borcluyuq", - kampaniya təşkilatçıları bildiriblər.

"Toplum TV işi” üzrə 2024-cü il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, 2025-ci il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib. 

F.İsmayılov dəfələrlə məhkəmə proseslərində heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib. 

"İttiham aktı söz yığınından başqa şey deyil. Amma mənim cinayət işimdə metro kartını bank kartı kimi yazıblar. Budur bu adamların savadı, şüuru? Yeganə “cinayət”im dostlarımı tək qoymamaq, bu ölkədə jurnalistika ilə məşğul olmaqdır. Buna görə də təəssüflənmirəm", - o, məhkəmədə çıxışında deyib. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar

6 Oktyabr 2026

Toplum TV

Oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasın əvvəlində təqsirləndirilən şəxslərlə hakim arasında mübahisə yaranıb. Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Z. Əhmədovun danışıq tərzinə və məhkəmə zalındakı mikrofonların işləməməsinə etiraz edib. “Siz burada özünüzü hakim kimi aparmırsınız, küçə uşağı kimi aparırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, hamının sözünü kəsir, təhqir edirsiniz”, - Ramil Babayev deyib. Buna cavab olaraq hakim R. Babayevin məhkəmə zalından çıxarılmasına göstəriş verib. IDI əməkdaşları Əli Zeynal və İlkin Əmrahov da etiraz olaraq zalı tərk ediblər. Daha sonra müdafiə tərəfi hakimin davranışı, təqsirləndirilən...
Siyasət

İlham Əliyev YAP-a müddət məhdudiyyəti olmadan rəhbərlik edəcək

5 Oktyabr 2026

president.az

Hakim Yeni Azərbaycan Partiyası (YAP) nizamnaməsində partiya sədrinin beş illik səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Dəyişiklikdən sonra prezident İlham Əliyevin YAP sədri kimi fəaliyyəti konkret müddətlə məhdudlaşdırılmayacaq. APA-nın məlumatına görə, bunu YAP-ın Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov oktyabrın 2-də keçirilən partiyanın VIII qurultayında nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Əvvəlki nizamnaməyə əsasən, YAP sədri beş il müddətinə seçilir və bu müddət başa çatdıqdan sonra qurultayda yenidən seçilməli idi. Nizami Səfərov bildirib ki, sədrin beşillik səlahiyyət müddətini nəzərdə tutan müddəa nizamnamədən çıxarılıb. “Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə...

Seçilmiş Videolar

Toplum TV loqo