sosial media
2027-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 3 milyard 422 milyon manat ayrılması nəzərdə tutulur.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, gələn ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri üçün ümumilikdə 5,3 milyard manat nəzərdə tutulub. Bu məbləğin 3,4 milyard manatdan çoxunun işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramının icrasına, şəhər və kəndlərin yenidən qurulmasına, eləcə də infrastrukturun yaradılmasına yönəldilməsi planlaşdırılır.
Digər investisiya xərcləri üçün isə 1,9 milyard manat ayrılması proqnozlaşdırılır.
Ayrılacaq vəsait hesabına elektrik enerjisi, təbii qaz, su, rabitə və yol infrastrukturlarının, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin, yaşayış evlərinin, habelə tarixi abidələrin bərpası və tikintisinin davam etdirilməsi nəzərdə tutulur.
Baş nazir Əli Əsədov dövlət büdcəsi layihələrinin müzakirəsi zamanı bildirib ki, 2020-ci ildən 2026-cı ilədək işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb.
2027-ci il üçün nəzərdə tutulan vəsait də əlavə edilərsə, həmin ərazilərin bərpasına dövlət büdcəsindən ayrılan vəsaitin ümumi həcmi 28,4 milyard manatı ötəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Mütəşəkkil dəstə”dən penitensiar sistemin rəhbərliyinə: ‘Məhbusların həyatına görə məsuliyyəti kim daşıyır?’
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar