sosial media
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan edib və onların ölkəyə girişinə qadağa qoyub.
APA-nın məlumatına görə, qərar həmin şəxslərin media və sosial şəbəkələrdə Azərbaycanla bağlı çağırışlar səsləndirməsi iddiası ilə əlaqələndirilib.
“Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd olunur, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir”, - məlumnatda deyilir.
Məlumata əsasən, siyahıya İran parlamentinin bir sıra deputatları, din xadimləri, media nümayəndələri, siyasi şərhçilər və ekspertlər daxildir. Onların arasında “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari, deputatlar Kamran Qəzənfəri, Əbülfəzl Zöhrəvənd, Abbas Moqtədayi Xorasqani və Əlirza Səlimi də var.
Oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşının da “arzuolunmaz şəxslər” siyahısına daxil edildiyini açıqlamışdı. Nazirlik həmin şəxslərin sosial şəbəkələr və internet platformalarında Azərbaycanın suverenliyi, milli təhlükəsizliyi, konstitusiya quruluşu, xalqı və rəhbərliyi əleyhinə, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa və dini nifrətin qızışdırılmasına yönəlmiş açıqlamalar yaydığını iddia etmişdi.
Məlumat Azərbaycanda məktəblərdə hicablı şagird və müəllimlərlə bağlı qadağaların Türkiyədə müzakirə olunduğu və etirazlara səbəb olduğu dövrdə yayılmışdı.
Bundan əvvəl Baş Prokurorluq bir sıra Türkiyə vətəndaşının sosial şəbəkələrdə və Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda hakimiyyətin zorla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırışlar etdiyini iddia edərək, onlar barəsində beynəlxalq axtarış elan olunduğunu bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar