Foto: sosial media
Batumi Şəhər Məhkəməsi "Batumelebi" və "Netgazeti" xəbər saytlarının təsisçisi Mzia Amaqhlobelini 2 il müddətinə azadlıqdan mıəhru edib.
O, ictimai asayişi qoruyan şəxsə qarşı müqavimət, hədə və ya zorakılıq maddəsi üzrə təqsirli bilinib.
İstintaq təcridxanasında keçdiyi müddəti nəzərə alaraq, Amaqlobelinin 17 aydan sonra azadlığa buraxılması nəzərdə tutulur.
Amaqlobeli 2025-ci il yanvarın 12-nə keçən gecə saxlanılıb.
O, ilk dəfə etiraz olaraq divara stiker yapışdırdığına görə inzibati qaydada saxlanılıb.
Təxminən iki saat sonra isə sərbəst buraxılıb, bir qədər sonra isə polis rəisi İrakli Dqebuadzenin üzünə sillə vurduğuna görə cinayət işi üzrə yenidən saxlanılıb.
Gürcüstanın hökumətyönlü mediaası jurnalistin polisə sillə vurduğunu göstərən videonu nümayiş etdirib.
Sözügedən video səssiz paylaşılıb deyə polisin jurnalistə nə dediyini anlamaq mümkünsüz olub.
Məhkəmə zamanı Dqebuadze zərbədən sonra ağrı hiss etdiyini və yanağının qızardığını deyib.
Amaqlobeli bildirib ki, polis rəisi onu təhqir edib və üzünə tüpürüb, bundan sonra o, instinktiv şəkildə reaksiya verib.
Müdafiə tərəfi hesab edir ki, jurnalistin təqsirinə dair heç bir obyektiv sübut yoxdur və ittihamlar siyasi motivlidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“The Washington Post”: Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
Foto: açıq mənbə
Foto: açıq mənbə
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?