“The Washington Post”: Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
Foto: açıq mənbə
ABŞ prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Bu barədə "The Washington Post" nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Onlardan biri deyib ki, Trampla görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının elan edilməsi mümkündür.
“Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir”, - deyə məlumatda vurğulanır.
İlham Əliyevlə və Nikol Paşinyanın Trampla ayrı-ayrılıqda görüşlərinin planlaşdırıldığı da bildirilir.
İki ölkə liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində görüşüblər, amma sonucda heç bir yekun qərar elan olunmayıb.
Qəzet onu da qeyd edir ki, bu, Donald Trampın növbəti sülh təşəbbüsüdür. İyun ayında Konqo və Ruanda ABŞ-nin vasitəçiliyi ilə Oval Ofisdə sülh sazişi imzalayıb.
Ardınca Tramp bəyan edib ki, “cəmi bir neçə ay ərzində biz Hindistan və Pakistan, Konqo və Ruanda, eləcə də bir sıra digər ölkələr arasında sülhə nail olduq”.
“Son aylarda bir çox dünya liderləri Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər” yazan “The Washington Post” əlavə edib: “Bu, onların Trampın rəğbətini qazanmağa çalışmaq üçün bir taktikasıdır”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: açıq mənbə
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?