Siyasət

Hakimiyyətin növbəti hədəfi Əli Əsədovdur?

23 Aprel, 2026
530

Açıq mənbə

Aprelin 17-də “Qafqazinfo” saytında baş nazir Əli Əsədova məxsus olduğu iddia olunan biznes və tikinti obyektləri haqda məqalə dərc olunub. 

“Əli Əsədovun biznes və tikinti imperiyası” başlıqlı yazıda paytaxtın müxtəlif ərazilərindəki 7 bina, 5 restoran və 1 hotelin baş nazirə aid olduğu deyilir. Məqalədə, həmçinin, Əli Əsədovun media vasitəsilə müəyyən şəxsləri hədəf aldığı iddia olunur. 

“Əli Əsədov bəzi “sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur”, - deyə qeyd olunub.

Azərbaycanda hökumət nəzarətində olan media orqanlarının vəzifəli şəxslərin korrupsiya fəaliyyəti haqda yazılar dərc etməsi ilk deyil. Lakin bu tip yazılar, adətən, həmin şəxslər vəzifədən uzaqlaşdırıldıqdan sonra tirajlanır. Məsələn, ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi açıldıqdan sonra mətbuatda ona məxsus olduğu deyilən mülklərin siyahısı yayılıb. 

Əli Əsədov isə hələ ki baş nazir səlahiyyətlərinə davam edir. Aprelin 20-də Nazirlər Kabinetinin saytında onun sədrlik etdiyi İqtisadi Şuranın iclası barədə xəbər dərc olunub. 

Xəzər Tədqiqat və Analiz Mərkəzinin direktoru Elman Fəttah düşünür ki, hökumət nəzarətindəki mediada baş nazirlə bağlı belə bir yazının yayılması yalnız Prezident Administrasiyasının sifarişi ilə ola bilər, lakin onun dərhal vəzifədən kənarlaşdırılacağını gözləmək düzgün deyil. 

“Bəzən bu cür məlumat sızmaları sadəcə nəzarət mesajı xarakteri daşıyır, konkret addımlarla nəticələnməyə bilər. Lakin bu cür informasiya axını davamlı olarsa, vəzifə dəyişikliyi və ya təsir dairəsinin məhdudlaşdırılması ilə nəticələnə bilər. Əsas sual ifşaların davamlı olacağı, yoxsa müvəqqəti xarakter daşıyacağı ilə bağlıdır”, - o deyib. 

Əli Əsədov 2019-cu ildən baş nazir vəzifəsindədir. O, daha öncə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyası rəhbərinin müavini vəzifələrində çalışıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi: 8 il əvvəlki sistemə qayıdış?

23 Oktyabr 2026

sosial media

Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı fərmanla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.  Fərmana əsasən, TƏBİB publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaratdığı komissiya həyata keçirəcək. Əliyevin həmin gün imzaladığı sərəncamla TƏBİB-in icraçı direktoru Anar Bayramov səhiyyə naziri təyin olunub. Digər sərəncamla isə səhiyyə naziri Teymur Musayev baş nazir müavini təyin edilib.  Prezident TƏBİB-i 2018-ci ilin dekabrında imzaladığı fərmanla yaratmış və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini bu qurumun tabeliyinə vermişdi. 2022-ci ildə verilən fərmanla isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB üzərindəki səlahiyyətləri...
Siyasət

Əli Kərimli və Məmməd İbrahimə qarşı cinayət işi məhkəməyə göndərilib

23 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya Ali Məclisinin katibi Məmməd İbrahim barəsində açılan cinayət işi məhkəməyə göndərilib. “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İlk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri ittihamı...

Seçilmiş Videolar

Toplum TV loqo