Siyasət

Həbsdə olan fəallar və jurnalistlər von der Leyenə müraciət edib

30 İyun, 2026
68

Açıq mənbə

Azərbaycanda həbsdə olan bir qrup ictimai fəal və jurnalist ölkəyə səfəri gözlənilən Avropa Komissiyası prezidenti Ursula von der Leyenə müraciət edib. 

Həbsdə olan iqtisadçı Fazil Qasımovun ailə üzvlərinin "Toplum TV" ilə bölüşdüyü məktubda o, von der Leyendən azadlığa buraxılmasında köməklik göstərməsini xahiş edib. İqtisadçı eyni məzmunlu məktubla Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa da müraciət edib. 

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev və adları açıqlanmayan bir qrup fəal isə von der Leyenə müraciətlərində Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında son illərdə müşahidə olunan "müsbət dinamikanı məmnunluqla qarşıladıqlarını" bildiriblər. 

"Bununla yanaşı, hesab edirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında dayanıqlı, etibarlı və uzunmüddətli münasibətlər yalnız strateji və iqtisadi maraqlar üzərində qurulmamalıdır. İnsan hüquqlarına hörmət, qanunun aliliyi və fundamental azadlıqlar bu əməkdaşlığın ayrılmaz və əsas sütunlarından biri olmalıdır. Azərbaycana planlaşdırılan səfəriniz ərəfəsində sizi insan hüquqları məsələsini Azərbaycan rəhbərliyi ilə aparacağınız müzakirələrin mərkəzində saxlamağa çağırırıq", - bəyanatda deyilir. 

"Abzas Media işi" üzrə həbs olunmuş jurnalistlər də Avropa Komissiyası prezidentinə müraciət edərək ölkədə 300-dən çox siyasi məhbusun olduğunu xatırladıblar. 

"İlham Əliyevin ölkədə kütləvi həbslər həyata keçirərkən bir arxayınlığı var. O da Avropanın susqunluğudur. Avropa ölkələrinin Azərbaycanla enerji əməkdaşlığı dəyərlərin maraqlara qurban verilməsinə gətirib çıxarıb", - onlar bildirib. 

"Azərbaycanda rəsmi şəxslərlə görüşünüz zamanı insan haqları ilə bağlı pozuntulara səssiz qalmayacağınıza ümid edirik. Bu barədə təkcə bağlı qapılar arxasında yox, eyni zamanda ictimai şəkildə danışacağınıza ümid edirik. Həm də ümid edirik ki, Azərbaycanla tərəfdaşlıq üçün öncə ölkənin insan haqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsini, siyasi məhbusları azad etməsini şərt kimi irəli sürəcəksiniz. Sizi dəyərlərinizi iqtisadi maraqlarınıza qurban verməməyə çağırırıq", - jurnalistlər əlavə edib. 

Von der Leyenin iyulun 1-də Azərbaycana səfər edəcəyi gözlənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İlkin Əmrahov ədliyyə nazirinə: ”Zəhmət çəkin üzərinizə düşən öhdəliyi yerinə yetirin" 

1 İyul 2026

Sosial media

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı, “Toplum TV işi“ üzrə həbsdə olan İlkin Əmrahov ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb. IDI-ın ictimailəşdirdiyi müraciəti təqdim edirik. Cənab Əhmədov, Penitensiar Xidmətdə oftalmoloq axtarılır. Tapan şəxsə mükafat söz vermişəm. İstəsəniz, siz də axtarışlara qoşulun. Bakı İstintaq Təcridxanasının rəhbərliyinə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə (ƏNTBİ) dəfələrlə rəsmi qaydada müraciət etmişəm. Başqa həbs edilmiş şəxslərin müraciət etməsinə kömək etmişəm. Bakı İstintaq Təcridxanası da ƏNTBİ-yə müraciət etdiyini bildirir. ƏNTBİ-dən isə gələn məktubda mənə qayğı ilə yanaşıldığı, səhiyyə xidmətlərinin əlçatan olduğu yazılır. Amma ortada oftalmoloq yoxdur. Dövlət büdcəsindən 1500 məhbus üçün səhiyyə xidmətlərinə görə 200 min AZN ayrılıb. Həmsöhbət...
Siyasət

Akif Qurbanov və Ruslan İzzətli von der Leyenə: "Əməkdaşlığı təkcə hökumətlə etməyin" 

1 İyul 2026

Sosial media

III Respublika Platformasının “Toplum TV işi” üzrə həbsdə olan spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə müraciət ediblər.  Onlar von der Leyenin iyulun 1-də Azərbaycana nəzərdə tutulan səfərini yüksək qiymətləndirdiklərini bildiriblər. Lakin əlavə ediblər ki, komissiya prezidentinin "demokratikləşmə və insan hüquqları kimi mövzuları gündəmdə tutmaq məsuliyyəti var".  "Avropa İttifaqının xarici siyasət prioriteti məhz əməkdaşlıq edilən ölkəyə münasibətdə insan haqları, demokratikləşmə və hüququn üstünlüyü prizmasından yanaşmaqdır. Xanım Ursula von der Leyendən xahişimiz rəhbərlik etdiyi qurumun xarici siyasət prioritetini Əliyev Azərbaycanına münasibətdə nümayiş etdirməsidir. Eyni zamanda əməkdaşlığı təkcə hökumətlə deyil, Azərbaycan xalqının müstəqil vətəndaş...

Seçilmiş Videolar

Toplum TV loqo