Akif Qurbanov və Ruslan İzzətli von der Leyenə: "Əməkdaşlığı təkcə hökumətlə etməyin"
Sosial media
III Respublika Platformasının “Toplum TV işi” üzrə həbsdə olan spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə müraciət ediblər.
Onlar von der Leyenin iyulun 1-də Azərbaycana nəzərdə tutulan səfərini yüksək qiymətləndirdiklərini bildiriblər. Lakin əlavə ediblər ki, komissiya prezidentinin "demokratikləşmə və insan hüquqları kimi mövzuları gündəmdə tutmaq məsuliyyəti var".
"Avropa İttifaqının xarici siyasət prioriteti məhz əməkdaşlıq edilən ölkəyə münasibətdə insan haqları, demokratikləşmə və hüququn üstünlüyü prizmasından yanaşmaqdır. Xanım Ursula von der Leyendən xahişimiz rəhbərlik etdiyi qurumun xarici siyasət prioritetini Əliyev Azərbaycanına münasibətdə nümayiş etdirməsidir. Eyni zamanda əməkdaşlığı təkcə hökumətlə deyil, Azərbaycan xalqının müstəqil vətəndaş cəmiyyəti, media təmsilçiləri və siyasi qrup təmsilçiləri ilə də etməlidir. Xalqla tərəfdaşlıq qurulmadan, ölkə demokratikləşmədən yaranan münasibətlər, edilən əməkdaşlıq dəyərlərə xidmət edə bilməz. Dəyərlərə əsaslanmayan əməkdaşlıq isə qalıcı və dayanıqlı olmaz", - müraciətdə deyilir.
Daha öncə Azərbaycanda həbsdə olan bir qrup ictimai fəal və jurnalistlər də von der Leyenə müraciət edib. Onlar da siyasətçidən Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ölkədə insan hüquqlarının vəziyyətini müzakirə etməsini istəyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İlkin Əmrahov ədliyyə nazirinə: ”Zəhmət çəkin üzərinizə düşən öhdəliyi yerinə yetirin"
Sosial media
Açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib
Təklif olunan yaşayış yerindən imtina edənlər məcburi köçkün statusunu itirə bilər