Siyasət

İcarədar “Rus ev“inin yerləşdiyi binanın satıldığını əsas gətirərək təcili köçməyimizi tələb edir - Primakov

7 Fevral, 2025
238

AP

Azərbaycan hakimiyyəti “Rossotrudniçestvo” nümayəndəliyinin Bakıdakı “Rus Evi”nin bağlanmasını tələb edir.

Qurumun rəhbəri Yevgeni Primakov xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bu, nümayəndəliyin hüquqi qeydiyyatının olmaması ilə bağlıdır.

“Rusiyanın Azərbaycandakı səfirliyi, nümayəndəliyimiz və Xarici İşlər Nazirliyimiz bu illər ərzində Azərbaycanın Ədliyyə Nazirliyinə və Xarici İşlər Nazirliyinə qeydiyyata köməklik göstərilməsi xahişi ilə dəfələrlə müraciət edib. Biz hər zaman buna hazır idik, lakin zənglərimiz cavabsız qaldı”, Primakov “Rossiya 24” telekanalının efirində deyib.

“Rossotrudniçestvo”nun rəhbəri qeyd edib ki, ev sahibi yaxın vaxtlarda əmlakı satmaq niyyətindədir:

“İş ondadır ki, hazırda hazırki qalmaqal fonunda bir müddət əvvəl icarəyə götürdüyümüz binanın sahibi oranı təcili satdığını və köçməyimizi xahiş etdiyini bildirdi. Binanı tərk etməli olduğumuz vaxt yaxınlaşır, hardasa yaxın ay yarım sonra gələcək”.

Bakıdakı Rus Evi 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş əsasında yaradılıb. Qurumun nizamnamısində qeyd olunub ki, əsas iş istiqamətləri rus mədəniyyətinin, elminin və təhsilinin təbliği, rus dilinin mövqeyinin möhkəmləndirilməsi, həmvətənlərin dəstəklənməsi, gənclərin layihələri, beynəlxalq inkişafın təşviqi, tarixi və xatirə fəaliyyətidir.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı “Rus Evi” ətrafında yayılan informasiyalar haqda deyib ki, Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir.

"Rus evi"nin ünvanına ittihamları "absurd" adlandıran M. Zaxarova bildirib ki, bütün bunlar Rusiya və Azərbaycan münasibətləri səviyyəsinə və hər zaman haqqında danışılan potensiala uyğun deyil.

"Söhbətlər və bir növ “şpionomaniya” başlayan kimi hər kəsə eyni sualı vermək lazımdır: Siz xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında ciddi danışmaq istəyirsiniz? Yoxsa bu mövzudan ucuz "feyklər" üçün istifadə etmək istəyirsiniz? Əgər ciddidirsə, bu mövzuya başlayanlar onların xüsusi xidmət orqanlarının harada və necə işlədikləri barədə danışa bilərlər”, Zaxarova deyib.

Dünən rəsmi xəbər agentlikləri Azərbaycan “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinin dayandırılması üçün diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərdiyini dərc ediblər.

Yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” telekanalı Bakıda yerləşən “Rus Evi” mədəniyyət mərkəzilə bağlı reportaj yayımlayıb.

“Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyətilə bağlı bir sıra iddialar səsləndirilib.

Buna cavab olaraq qurum kanalı yalan və böhtana görə məhkəməyə verəcəyini bəyan edib. 

Bir neçə gün sonra Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici işlər nazirinin müavini Mixail Qaluzin Mustafayevə bildirib ki, son vaxtlar Azərbaycan mətbuatında Rusiya əleyhinə ardıcıl yazılar, eləcə də “Rus Evi”nə qarşı dezinformasiya kampaniyası onu təəccübləndirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hindistanlılar sosial mediada Azərbaycana qarşı təbliğata başlayıb

8 May 2025

açıq mənbədən götürülüb

Hindistanlı sosial media istifadəçiləri Azərbaycana qarşı təbliğat aparmağa başlayıb. Buna səbəb Azərbaycanın Hindistanla Pakistan arasındakı toqquşmalarda Pakistanı müdafiə etməsidir.  Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 7-də verdiyi bəyanatda “Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları” pisləyib və “Pakistan xalqı ilə həmrəy olaraq” günahsız qurbanların ailələrinə başsağlığı verib.  Sosial şəbəkələrdə Hindistandan olan istifadəçilər “#BoycottAzerbaijan” həştəqi açaraq həmyerlilərinə Azərbaycana səfər etməməyə çağırıb.  “Heç bir hindistanlı, həmçinin terrora qarşı olan heç bir kəs, Azərbaycana getməməlidir. Hətta səfər planlaşdırmısınızsa belə, ləğv edin”, - 400 minə yaxın izləyicisi olan Mr Sinha adlı “X” istifadəçisi yazıb.  Yarım milyondan çox izləyicisi...
Siyasət

Əli Kərimlinin sürücüsü və mühafizəçisinin qardaşı həbs olunub

8 May 2025

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin üzvü Rahil Quliyev inzibati qaydada 30 sutkalıq həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli mayın 7-də “Facebook” səhifəsində xəbər verib. Partiya sədri deyib ki, Quliyevdən mayın 6-dan xəbər almaq mümkün olmayıb və yalnız dünən həbs olunduğu öyrənilib.  Onun həbsinin təfərrüatları bilinmir. Quliyev, həmçinin aprelin 9-da inzibati qaydada 30 sutkalıq həbs olunan, Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Elnur Quliyevin qardaşıdır.  Kərimli bildirib ki, R.Quliyevin də Elnur Quliyevə və özünə təzyiq məqsədilə həbs olunduğu “şübhə doğurmur”.  Partiya sədri mayın 8-də isə xəbər verib ki, daha bir AXCP üzvü Asam Əli də inzibati qaydada...

Seçilmiş Videolar

Toplum TV loqo