Foto: Açıq mənbə
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib ki, “Zəngəzur dəhlizi” ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq.
Nazir bunu "CNN Türk"ün efirində bildirib.
O, qeyd edib ki, xarici kredit sənədləri imzalandığı üçün heç bir maliyyə problemi yoxdur: “Şirkət maliyyələşdirməni gözləmə nöqtəsində deyil, 2,4 milyard dollarlıq layihədir. O, Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək”.
Türkiyəli nazir onu da əlavə edib ki, bu, 43 kilometrlik xəttdir və dörd, ən geci beş il sonra dəhlizi tam şəkildə işə salınacaq.
“İddiaları ortaya qoyub həyata keçiririk. Sərhədlərimizin içərisində 224 kilometrlik xətt keçir. Naxçıvan sərhədində 170 kilometrlik xətt var; 150 kilometr hazırdır və bərpa olunacaq, 20 kilometr isə salınacaq. Bunu Azərbaycan edəcək. İş bizimlə eyni vaxtda tamamlanacaq. Qarsda minən adam yolu Bakıya qədər davam edə biləcək. Məqsədimiz işi eyni vaxtda tamamlamaqdır.
Zəngəzur 43 kilometrlik xətdir, ən gec burası başlayacaq. Dəhliz beş il sonra tam istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars xətti olduğundan bu yeni dəhliz türk dünyasına daha qısa və problemsiz bir marşrut təqdim edəcək. Bakı-Tbilisi-Qars müəyyən imkanlara malikdir və o tutuma çatanda yeni dəhlizlərə ehtiyac yaranacaq”, - nazir bildirib.
A.Uraloğlu qeyd edib ki, Zəngəzurla bağlı ətraflı müzakirələr gedir, lakin təfərrüatlar dəqiqləşməyib.
Avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar.
Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.
TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: açıq mənbə
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?