Foto: açıq mənbə
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) azərbaycanlı sürücünü Ukraynaya məxfi məlumat ötürmək ittihamı ilə saxlayıb.
Yadulla Rufullayev adlı 36 yaşlı şəxsin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Rusiyaya gizli hərbi sənədləri qaçaqmalçılıq yolu ilə aparmaq üçün cəlb edildiyi iddia olunur.
FSB bildirib ki, həmin şəxs Dağıstanda Azərbaycanla sərhədə yaxın ərazidə saxlanılıb.
FSB-nin məlumatında Rufullayevin yalnız “xarici vətəndaş” olduğu qeyd olunur.
O, Rusiyada “gizli hərbi məlumatın daşıyıcısına hücum nəticəsində oğurlanmış xidmət materiallarını” Ukraynaya ötürmək niyyəti ilə daşımaqda ittiham edilir.
Rusiya mətbuatının yaydığı videoda Rufullayevin sözügedən əməli Ukraynada yaşayan və “SBU agenti” kimi təsvir edilən qardaşı Səbuhi Rufullayevin göstərişi ilə etdiyini etiraf etdiyi müşahidə olunur.
O, həmçinin, videoda bildirib ki, sənədləri Rusiyanın cənubundakı Kurqan bölgəsindəki gizli yerdən götürərək Ukraynaya çatdırmağa çalışıb.
Ona “düşmənə yardım göstərmək” maddəsi ilə ittiham irəli sürülüb. Bu ittihamda maksimum 15 il həbs cəzası nəzərdə tutulur. FSB bildirib ki, onlar bütün iştirakçıları, o cümlədən planın təşkilatçılarını müəyyən etmək üçün əməliyyat və istintaq tədbirlərinə başlayıblar.
Rusiya mediası tərəfindən yayımlanan saxlanma görüntülərində şəxsin yük maşını sürücüsü olduğu görünür. Ondan müsadirə edilən əşyalar arasında tablet, SIM kart, mobil telefon və flaşkartlar olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Açıq mənbə
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?