Siyasət

“Abzas Media” xüsusi mükafata layiq görülüb

29 May, 2025
41

Foto: Laurent Richard

“Abzas Media” “Baku Connection” layihəsi “European Press Prize”ın xüsusi mükafatına layiq görülüb.

“Forbidden Stories” platformasının koordinasiyası etdiyi 15 media qurumundan olan 40 jurnalist Azərbaycanda həbs edilmiş həmkarlarının işini davam etdirib. 

 “Baku Connection” layihəsinə “Abzas Media”dan başqa, “Der Standard”, “d’Lëtzebuerger Land”, “France 24”, “IRPI”, “Knack”, “Le Monde”, “Le Soir”, “NRC”, “OCCRP”, “Paper Trail Media”, “Radio France”, “RFI”, “RTS”, “Tamedia”, “The Guardian”, “ZDF” kimi media qurumlarından olan jurnalistlər daxildir.

“The Baku Connection” layihəsinin birinci hissəsi 2024-cü il fevralın 1-də Azərbaycanda prezident seçkiləri ərəfəsində dərc edilib. “Baku Connection” konsorsiumu Azərbaycan həbsxanalarında idarəçilik problemlərini və ölkənin qərbində yerləşən Gədəbəy rayonundakı qızıl mədənində aparılan işləri araşdırıb.

Mükafat “Abzas Media”nı təmsil edən jurnalist Leyla Mustafayevaya təqdim edilib.

2023-cü ilin noyabrın 20-dən etibarən “AbzasMedia” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “AbzasMedia işi” çərçivəsində həbs edilib.

İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Mayın 20-də prokuror Ülvi Həsənlinin, Hafiz Babalının və Fərid Mehralızadənin 12 il, Sevinc Vaqifqızının, Məhəmməd Kekalovun, Nərgiz Absalamovanın və Elnarə Qasımovanın isə 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Əli Kərimlinin inzibati həbsdən çıxan sürücüsünə də cinayət işi açılıb

30 May 2025

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla sürücüsü olan Zaur Rzalıya qarşı cinayət işi açılıb.  AXCP üzvlərinin bildirdiyinə görə, Rzalı mayın 29-da Nərimanov Rayon Polis İdarəsinə çağırılıb və ona barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə cinayət işi açıldığı deyilib.  Fəal sərbəst buraxılsa da, onun ölkədən çıxışına qadağa qoyulub.  Rzalı “Facebook” səhifəsində cinayət işinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu yazıb.  “Hələlik nisbi azadlıqdayam, amma bilin ki, heç bir repressiya bizləri yolumuzdan döndərə bilməz”, - o qeyd edib.  Rzalı aprelin 1-də...
Siyasət

Gənclər və İdman Nazirliyini tənqid edən federasiya rəhbəri Antalyada vurulub

29 May 2025

Foto: Globalinfo

Azərbaycan Muay Tay Federasiyasının rəhbəri, kikboksinq və muay tay üzrə 9 qat dünya çempionu Araz Musayev mayın 28-də Türkiyənin Antalya vilayətində, Kəmər rayonunda sui-qəsdə məruz qalıb.  Sosial şəbəkələrdə yayılan, təhlükəsizlik kamerası görüntüsünü əks etdirən videoda iki nəfərin bıçaqla Musayevin boynuna zərbə endirdiyi görünür.  Türkiyə mətbuatı hadisə ilə əlaqədar iki Azərbaycan vətəndaşının Antalya Hava Limanında saxlanıldığını yazıb.  “Tibbi heyətin ilkin müdaxiləsindən sonra Musayev təcili yardım maşını ilə xəstəxanaya aparılıb, müalicəsi davam edir”, - “İhlas” xəbər agentliyi yazıb.  Musayev Antalyaya bu şəhərdə keçirilən muay tay üzrə dünya çempionatında iştirak edən azərbaycanlı idmançı heyətinin başçısı kimi gəlib.  O, vurulduqdan sonra “Unikal.az” saytına açıqlamasında...

Seçilmiş Videolar

Toplum TV loqo