Siyasət

“QHT işi” üzrə təqsirləndirilən Mehriban Rəhimliyə şərti cəza verilib

7 Oktyabr, 2026
20

sosial media

Qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən, ABŞ-nin German Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimliyə hökm oxunub.

Hök oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Mehriban Rəhimliyə 4 il sınaq müddəti olmaqla, 7 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Mehriban Rəhimli daha öncə məhkəmədə verdiyi ifadəsində ittihamları rədd edib. O bildirib ki, 2008-ci ildən “German Marşal Fondu”nda xidmət müqaviləsi əsasında məsləhətçi kimi çalışıb, lakin fondun maliyyələşdirdiyi layihələr üzrə qərarların qəbulunda və vəsaitlərin köçürülməsində rolu olmayıb.
“İlkin rəydən sonra hər bir layihəni əvvəlcə fondun Buxarest ofisi, daha sonra Vaşinqtondakı baş ofis və İdarə Heyəti təhlil edir və yekun qərar qəbul olunurdu. Mən heç bir müqavilənin tərəfi olmamışam, fond tərəfindən heç bir sənədi imzalamamışam və maliyyənin köçürülməsində rolum olmayıb”, - o deyib.

Dövlət ittihamçısının müəyyən gəlir müqabilində vətəndaş cəmiyyəti üzvlərinin layihələrinə müsbət rəy verib-vermədiyi barədə sualını cavablandıran Rəhimli isə deyib:
“Azərbaycanda heç kim mənə rüşvət verməyə, bunu təklif etməyə belə cəsarət edə bilməzdi”.

Mehriban Rəhimli 2025-ci ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

"QHT işi” üzrə istintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

"QHT işi" üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan Ukraynaya  2,5 milyon manatlıq humanitar yardım göndərib

7 Oktyabr 2026

Toplum TV

Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib. APA xəbər verir ki, Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulan elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan prezidenti İlham Əliyevin 2026-cı il sentyabrən 21-dən imzaladığı sərəncama əsasən Energetika Nazirliyi tərəfindən həyata keçirib Bildirilir ki, Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir. Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Bu günədək Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurma...
Siyasət

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub

7 Oktyabr 2026

açıq mənbə

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olduğu deyilir. APA-nın məlumatına görə, Lənkəranın Separadi kəndindən olan həkim Vahab Quliyev Rusiya ordusunun hücumu nəticəsində həyatını itirib. Bildirlir ki, Vahab Quliyev müharibənin başlanmasından təxminən bir il sonra Ukrayna tərəfdən ixtisası üzrə hərbi xidmətə cəlb olunub. Onun xidmət etdiyi müddətdə iki dəfə yaralandığı, müalicədən sonra yenidən fəaliyyətini davam etdirdiyi deyilir. Məlumata görə, Quliyev bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı, xidməti vəzifəsini yerinə yetirərkən Rusiya PUA-sının zərbəsi nəticəsində həlak olub. Yerli mətubatın yazdığına görə, Vahab Quliyev Ukraynada Tibb İnstitutunda təhsil alıb, daha sonra Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi...

Seçilmiş Videolar

Toplum TV loqo