Siyasət

“QHT işi”: Zamin Zəkinin kassasiya şikayəti təmin edilməyib

22 Oktyabr, 2026
30

sosial media

Oktyabrın 22-də Ali Məhkəmədə “QHT işi” üzrə həbsdə olan sosial işçi Zamin Zəkinin kassasiya şikayətinə baxılıb.
Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə bildirdiyinə görə, Zamin Zəki prosesdə iştirak etməyib.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda vəkil Günay İsmayılova müdafiə çıxışı edib. Vəkil xatırladıb ki, Zamin Zəki ilə bağlı indiyədək nə Bakı Ağır Cinayətlər Məhkəməsində, nə də Bakı Apellyasiya Məhkəməsində verilən vəsatətlər təmin olunub. O, məhkəmədən işə diqqətlə baxmağı istəyib.

Vəkil çıxış edərkən hakim onun sözünü kəsib və “bu cür işlərə adətən iki dəqiqə vaxt ayırdığını” bildirib.
“Siz isə artıq 10 dəqiqədir danışırsınız. Bu iş problemli olduğu üçün mən sizin sözünüzü kəsmirəm. Amma bu qədər də danışmaq olmaz”, - hakim deyib.

Hakim “problemli iş” ifadəsi ilə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.

Vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə isə kassasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Prosesdə bildirilib ki, Zamin Zəkinin adı heç bir maliyyə sənədində qeyd olunmayıb. Maliyyə, təlim və ödənişlərlə bağlı sənədlər başqa şəxsin adına rəsmiləşdirilib.

Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
O, özünü təqsirli bilmir, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Zəki 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan cəzası 3 ay azaldılıb.

“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”

22 Oktyabr 2026

sosial media

“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıb. Oktyabrın 21-də dərc olunan bəyanatda jurnalistin xəstəxanaya yerləşdirildiyi bildirilib. “Özbaşına həbsdə saxlanılan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş zəruri tibbi yardımdan uzun müddət məhrum edildikdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. RSF onun tibbi göstərişlər əsasında azadlığa buraxılmasını tələb edir və sağlamlığında yarana biləcək geri dönməz fəsadlara görə hakimiyyəti məsul tutur”, - təşkilatın bəyanatında deyilir. Aynur Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Vəkil Zibeydə Sadıqova bildirib ki, jurnalistin səhhətində ciddi problemlər var və hazırda ən böyük təhlükə böyrəyi ilə bağlıdır. Jurnalistin...
Siyasət

Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçərək saxlanıldığı bildirilir

22 Oktyabr 2026

açıq mənbə

Azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olduğu və saxlanıldığı bildirilir. “Sputnik Armenia” oktyabrın 21-də Berd şəhərindəki mənbələrinə istinadən yazıb ki, çoban Ermənistanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçib və hərbi polis tərəfindən saxlanılıb. Nəşrin Azərbaycan mediasına istinadən yaydığı digər məlumata görə, həmin şəxs Tovuz rayonunun Çatax kənd sakini ola bilər. Bildirilir ki, o, mal-qara otararkən sərhədi keçib. Çobanın spirtli içki qəbul etdiyi barədə də iddialar var. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Ermənistanın Milli Təhlükəsizlik Xidməti yerli medianın sorğusuna cavabında məlumatı nə təsdiq, nə də təkzib edib. Azərbaycanın aidiyyəti rəsmi qurumları hələlik məsələyə münasibət bildirməyib. Ermənistanın xarici işlər...

Seçilmiş Videolar

Toplum TV loqo