Foto: Reuters
ABŞ-nin Nyu-York şəhərində ilk dəfə müsəlman mer seçilib.
Demokratlar partiyasından namizəd olan 34 yaşlı Zöhran Mamdani eyni zamanda şəhərin son bir əsrlik tarixində ən gənc mer olacaq.
Özünü demokratik sosialist adlandıran Mamdani seçicilərə kirayə ev qiymətlərini stabilləşdirməyi, dövlət nəzdində ərzaq dükanları açmağı, minimum əməkhaqqını saatbaşı 30 dollara qaldırmağı və avtobusları pulsuz etməyi vəd edir.
Noyabrın 4-də keçirilən seçkilərdə o, Nyu-York ştatının keçmiş demokrat qubernatoru Endru Kuomo və respublikaçı namizəd Kurtis Sliva üzərində qələbə qazanıb.
Mamdaninin İsraili və ABŞ-nin bu ölkəyə dəstəyini tənqid etməsi seçkilərə beynəlxalq diqqət də cəlb edib. O, İsrailin Qəzzada iki il apardığı müharibəni "soyqırımı" adlandırıb və İsrail baş naziri Benyamin Netanyahunu Nyu-Yorka gələcəyi təqdirdə həbs etməklə hədələyib.
ABŞ prezidenti Donald Tramp kampaniya dövründə Mamdanini "kommunist" və Nyu-York üçün 'təhlükəli şəxs" adlandırıb. O, Mamdaninin seçiləcəyi təqdirdə, Nyu-Yorka federal büdcədən maliyyəni kəsməklə hədələyib.
Uqandada hindistanlı ailədə anadan olan Mamdani 7 yaşında ailəsi ilə birgə ABŞ-yə köçüb. O, 2021-ci ildən Nyu-York Ştat Assambleyasının üzvü olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"