Siyasət

Orban 16 il sonra hakimiyyətdən gedir

13 Aprel, 2026
132

AP Photo / Evan Vucci

Macarıstan baş naziri Viktor Orban aprelin 12-də keçirilən parlament seçkilərində uduzub. 

Onun başçılıq etdiyi "Fides" partiyası keçmiş müttəfiqi olan Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyasına uduzub. 

Səsvermənin ilkin nəticələrinə görə, "Tisa" parlamentdə yerlərin 2/3-sini qazanıb, bu isə ona Orbanın həyata keçirdiyi islahatları ləğv etmək səlahiyyəti verəcək. 

Səsvermə günü axşam Orban telefonla zəng edərək Madyarı qələbə münasibətilə təbrik edib. Seçici fəallığının 80%-ə yaxın olduğu və bunun son 20 ildə rekord göstərici olduğu bildirilir. 

Madyar yalnız 2024-cü ildə Orbana müxalif çıxışlar etməyə başlayıb. Onun seçki kampaniyası, əsasən, ölkədəki korrupsiyaya qarşı mübarizə, habelə Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmaya yönəlib. 

Orban uzun müddətdir Aİ-nin Ukraynaya ayırdığı 90 milyard avro məbləğindəki kreditə veto qoyurdu. Madyar da seçki dövründə Ukrayna prezidenti Volodimir Zelenski ilə fikir ayrılıqlarının olduğunu deyirdi, lakin onun hakimiyyətə gəlişi Ukraynaya münasibətdə dəyişikliyə yol aça bilər. 

Eyni zamanda, Orbanın daxili və xarici siyasətinə görə Aİ-nin Macarıstana verməkdən imtina etdiyi maliyyə dəstəyini də Madyarın dövründə verəcəyi gözlənilir. 

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və İsrail baş naziri Benyamin Netanyahu ilə yaxın münasibətləri olan Orban seçki kampaniyası dövründə onların dəstəyini də qazanmışdı. 

Tramp bir neçə dəfə "Truth Social" platformasında macarları Orbana səs verməyə çağıran paylaşımlar edib. Vitse-prezident Ceyms Vens isə şəxsən Budapeştə səfər edərək Orbanla görüşmüş və onu dəstəkləyən çıxış etmişdi. 

Orbanın Azərbaycan prezidenti İlham Əliyevlə də yaxşı münasibətləri var və ötən il birgə brifinqdə onu "dostu" adlandırmışdı. 

16 ildir hakimiyyətdə olan Orban 2012-ci ildə həmin vaxt Macarıstanda erməni hərbçini öldürməkdə təqsirli bilinərək həbs olunmuş Ramil Səfərovun Azərbaycana ekstradisiyasına qərar vermişdi. 

Orbanın başçılığı altında Macarıstan hökuməti bir neçə dəfə Aİ tərəfindən Azərbaycana qarşı və ya Ermənistan lehinə qərarların qəbuluna veto qoyub. 

2023-cü ildə Macarıstan Aİ-nin Ermənistan ordusuna 10 milyon avro yardım ayırmasına qarşı çıxıb. Eyni ildə Aİ-nin Azərbaycanın Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatı qınayan bəyanat verməsini də Macarıstan bloklayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo