Siyasət

Parlamentdə Gədəbəy aksiyasının müzakirəsi: Deputatlar "xarici iz" axtarır

23 İyun, 2023
460

Rəsmi səhifə

Milli Məclis

Bu gün, iyunun 23-də Milli Məclisdin plenar iclasında Gədəbəy rayonunun Söyüdlü kəndindəki etiraz aksiyası müzakirə olunub. 

Toplum TV xəbər verir ki, deputatlar birmənalı şəkildə etiraz aksiyasının arxasında xarici qüvvələrin olduğunu ehtimal ediblər. 

"Rusiya izi"

Elmad Nəsirov hadisələrin arxasında "Rusiya izi"nin ola biləcəyinə diqqət çəkib.

“Heç nə birdən birə olmur. İki həftə əvvəl Rusiyada yaşayan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb. Başqa adamların, Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur. Azərbaycan polisi öz vəzifəsini icra edib. Bu zaman bir nəfər polis qaydanı pozub, o da cəzalandırılacaq. DİN bununla bağlı yoxlama təşkil edib və əməkdaşlarını Söyüdlüyə göndərib. Dövlət bütün imkanlarından istifadə edir ki, bu hadisənin əsas mahiyyəti önə çıxsın”, - deyə o qeyd edib.

"Ucqar kənddə bu hadisənin yaranmasının arxasında təbii ki, kimlərsə dayanır"

Gədəbəydən seçilmiş deputat Sevinc Hüseynova bildirib ki, hadisənin baş verməsi təsadüfi deyil. 

“Necə ola bilər ki, bu hadisə Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verib? Bu da müəyyən suallar doğurur. Ucqar kənddə bu hadisənin yaranmasının arxasında təbii ki, kimlərsə dayanır. Bu qüvvələrin niyyətləri gözlərində qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq mühafizə orqanları, həm də Komissiya bu problemi həll edəcəklər. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər öz layiqli cəzasını alacaq”, - "Report" agentliyi deputatdan sitat gətirib. 

"Sadə xalqdan istifadə edildi"

Gədəbəydən seçilən digər deputat Arzu Nağıyev isə deyib ki, "bu məsələdə sadə xalqdan istifadə edildi".

O bildirib ki, problemi bu qədər böyütmək lazım deyildi: “Biz bu məsələdə sadə xalqdan istifadə edildi deyə bilərik. Ölkə xaricində yaşayanlar və daxilində olan koordinatları bu hadisədən öz məqsədləri üçün istifadə etdilər. Jurnalistlərin və digər şəxslərin işləri araşdırılmalıdır. Bu gün Gədəbəydə baş verən hadisələrin fonunda dövlətə qarşı böyük aksiyanın qarşısı alınıb və heç bir təhlükə yoxdur”.

"Dövlətimizin Şərqi Zəngəzurda apardığı işin üstünə kölgə salırlar”

Deputat Fazil Mustafa isə sosial mediada gedən müzakirələri tənqid edib: 

“Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar. Onlar bununla dövlətimizin Şərqi Zəngəzurda apardığı işin üstünə kölgə salırlar”.

Deputat bildirib ki, bir polisin köntöy hərəkəti bütün polislərə aid edilməməlidir, bəziləri odun üstünə daha çox benzin tökmək yarışına giriblər.

Xatırlatma

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri torpaq sahələrinin iri məmurlar tərəfindən zəbt edildiyini və bölgədə zəhərli süni gölün yaradıldığını iddia edərək etiraz aksiyası keçiriblər. 

Kənd sakini Sürəyya Əliyeva "Amerikanın Səsi"nə deyib ki, qızıl mədəninin turşu tərkibli sularının örüş torpaqlarında qurulmuş gölməçəyə axıdılmasının ekologiyanı pozması, sakinlər arasında xəstəliklərin yaranmasına səbəb olması ilə bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edilib, amma şikayətlərə baxılmayıb. 

Etiraz aksiyasının dağıdılması zamanı 10-a yaxın yerli sakinin xəsarət aldığı bildirilir, 5 nəfər barəsində 20 sutkalıq həbs qərarı çıxarılıb. 

Baş nazir Əli Əsədovun Sərəncamı ilə bölgədə tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Həmçinin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni gölün yaradılmayacağını bəyan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tramp: Cənnətə getmək istəyirəm 

20 Avqust 2025

Foto: New York Times

ABŞ prezidenti Donald Tramp cənnətə getmək istədiyini deyib.  "Fox News" telekanalında səhər şousuna telefon zəngi ilə qoşulan və Avropa liderlərilə görüşünü müzakirə edən prezident Ukrayna müharibəsini niyə dayandırmaq istəməsindən danışıb.  O, Ukrayna müharibəsini dayandıracağı təqdirdə, ölümdən sonra cənnətə düşmək şansının artacağına inandığını deyib.  "Həftədə 7 min insan ölür orada. Bunu dayandırsam, cənnətə də gedə bilərəm. Deyilənə görə, toten sütununun aşağı pilləsindəyəm - cənnətə düşmək üçün vəziyyətim yaxşı deyil", - Tramp vurğulayıb.  Avqustun 8-də Alyaskada Rusiya Prezidenti Vladimir Putini, 15-də isə Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edən Tramp indi onlar arasında ikili görüşün keçirilməsinə çalışır.
Siyasət

Zelenski: Rusiya SOCAR-ın bazasını qəsdən vurub 

19 Avqust 2025

Foto: Reuters

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun SOCAR-a məxsus neft bazasına hücumuna münasibət bildirib.  O, “X” səhifəsində hücumun qəsdən edildiyini yazıb.  “Rusiyanın qəsdən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə zərbəsi təkcə bizə deyil, həm də münasibətlərimizə və enerji təhlükəsizliyimizə hücum deməkdir”, - Zelenski qeyd edib.  Dövlət başçısı hücumun avqustun 18-də Vaşinqtonda Ukrayna müharibəsinin həlli üçün baş tutan sammit ərəfəsində baş verməsinə diqqət çəkib.  “Putin Ukraynaya və Avropaya təzyiqi saxlamaq, həmçinin diplomatik səyləri alçaltmaq üçün nümayişkaranə qətllər törədəcək. Elə buna görə biz qətllərə son qoymaq üçün yardım axtarırıq. Elə buna görə etibarlı təhlükəsizlik zəmanətləri tələb olunur. Elə buna görə də Rusiya bu...

Seçilmiş Videolar

Toplum TV loqo