açıq mənbədən götürülüb
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan və Ermənistan arasında müharibə yox sülh olacaq, çünki müharibə üçün heç bir əsas yoxdur.
Baş nazir bunu aprelin 15-də ölkə parlamentində deyib.
Paşinyan bildirib ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.
O, sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.
Ermənistanın baş naziri Azərbaycanla sülh sazişini və ATƏT-in Minsk qrupunun buraxılması haqqında bəyannaməni eyni vaxtda imzalamağı təklif edib.
Onun sözlərinə görə, "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş" layihəsi razılaşdırılıb, tərəflər imzalanma ilə bağlı müzakirə mərhələsindədirlər:
"Azərbaycan rəsmi səviyyədə sazişin imzalanmasını iki məsələ ilə əlaqələndirir - onlardan biri ATƏT-in Minsk qrupunun strukturlarının buraxılmasıdır. Mən dəfələrlə bəyan etmişəm ki, bu gündəm Ermənistan üçün məqbuldur. Əgər biz Qarabağ münaqişəsi səhifəsini bağlayırıqsa - biz bunu edirik, Qarabağ münaqişəsi ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var?"
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: president.az
Hesabat: "Aİ Azərbaycanla dəyərlərə deyil, maraqlara əsaslanan münasibətə keçdi"
Foto: açıq mənbə
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”
İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il yarım həbs verilib