Siyasət

Rusiyada yaşayan daha bir fəal Azərbaycanda həbs olunub

29 Sentyabr, 2026
50

şəxsi arxivi

Rusiyada yaşayan talış hüquqları fəalı Hafiz İsmayılov Azərbaycanda həbs olunub. Bu barədə "Toplum TV"yə məlumat verən fəal Əli Ağayev bildirib ki, H.İsmayılov bu yaxınlarda atasının ölümünün il mərasimində iştirak etmək üçün Azərbaycana səfər edib və sentyabrın 6-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun sözlərinə görə, həbs barədə yalnız sentyabrın 27-də məlumat almaq mümkün olub.

Fəal barəsində həbs qətimkan tədbiri seçildiyi və Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir. Həbs barədə DTX-nin açıqlaması yoxdur. 

Ə.Ağayev fəalın həbsini onun sosial mediadakı tənqidi paylaşımları, xüsusilə son illərdə Azərbaycanda talış fəal və tədqiqatçıların həbslərinə etirazı ilə əlaqələndirir.

25 ildir Rusiyada yaşayan H.İsmayılov bu ölkədə polis orqanlarında fəaliyyət göstərib və 5 il əvvəl təqaüdə çıxıb. 

Azərbaycanda son illərdə ölkə xaricində yaşayan bir neçə talış fəal və tədqiqatçı müxtəlif ittihamlarla həbs olunub. 

Belarusda yaşayan İqbal Əbilov 2024-cü ilin iyulunda Azərbaycana səfər edərkən saxlanılıb. Ötən ilin mayında məhkəmə ona dövlətə xəyanət də daxil olmaqla bir neçə maddə ilə 18 il həbs cəzası kəsib. 

2025-ci ilin martında isə Rusiyada yaşayan tarixçi Zahirəddin İbrahimov Azərbaycana ekstradisiya olunub və dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub. O, “YouTube”da talış dilində veriliş aparıb və Talış Mədəniyyəti Mərkəzinin təsisçilərindən biri olub.

Həmin ilin noyabrında isə Rusiyada yaşayan fəal Kamal İsayev Türkiyəyə müayinə məqsədli səfər edərkən Azərbaycana ekstradisiya olunub. Bu il sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 8 il yarım müddətinə azadlıqdan məhrum edib. Fəal dövlət əleyhinə açıq çağırışlar, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn simvolların yayılması və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə təqsirli bilinib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Qubad İbadoğlu Almaniyaya gedib

29 Sentyabr 2026

sosial media

İqtisadçı alim Qubad İbadoğlu sentyabrın 29-da Azərbaycanı tərk edərək Almaniyaya gedib. Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqovanın sözlərinə görə, istintaq orqanı onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv olunması barədə qərar qəbul edib. Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qərar Q.İbadoğlunun səhhətində yaranan ciddi problemlərlə əlaqədar qəbul edilib. “Qubad İbadoğlu istintaqdan yayınmayacağına dair iltizama imza atıb. Təcili əməliyyat olunması üçün Almaniyaya gedib. Cinayət işi üzrə istintaqın gedişi ilə bağlı hələ yekun qərar yoxdur. Ümid edirik ki, yaxın vaxtlarda işə xitam veriləcək”, - vəkil deyib. Qubad İbadoğlu “Azadlıq” qəzetinə açıqlamasında zərurət yaranarsa, ürəyində açıq əməliyyat olunacağını bildirib. Qubad İbadoğlu 2023-cü...
Siyasət

Şəmşad Ağa: “Belə axtarışları yalnız 1937-ci ildə NKVD gecəyarı edib”

29 Sentyabr 2026

Toplum TV

“Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin məhkəməsi sentyabrın 28-də davam etdirilib. “Meydan TV”nin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) ifadə verib. Məhkəmə prosesində əvvəl jurnalist Natiq Cavadlı saxlandıqları gün evlərdə axtarış zamanı götürülmüş əşyaların qaytarılması barədə vəsatət qaldırıb. O bildirib ki, evlərdən kompüterlər, telefonlar, diktofon və başqa çoxsaylı əşyalar götürülüb. Bir il əvvəl istintaq başa çatmasına baxmayaraq, əşyalar qaytarılmayıb. Hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələ araşdırılacaq və sonda hansı əşyaların qaytarılması barədə qərar veriləcək. Daha sonra təqsirləndirilən 12 şəxsdən dindirilməmiş sonuncusu...

Seçilmiş Videolar

Toplum TV loqo