Dünya

Peter Madyarın toxunulmazlığı ləğv olunub

28 Sentyabr, 2026
22

şəxsi arxivi

Macarıstan parlamenti baş nazir Peter Madyarın deputat toxunulmazlığının ləğvi barədə prokurorluğun vəsatətini təmin edib.

“Index” və “Telex” nəşrlərinin məlumatına görə, parlament keçmiş baş nazir Viktor Orbanın hökumətində nazir olmuş iki deputatın da toxunulmazlığını ləğv edib.

Madyarla bağlı istintaq 2024-cü il iyunun 21-də gecə klubunda baş vermiş hadisə ilə əlaqədardır. İstintaq onun özünü videoya çəkən kişinin telefonunu əlindən alaraq Dunay çayına atdığını iddia edir.

Macarıstan prokurorluğu 2024-cü ilin sentyabrında həmin vaxt Avropa Parlamentinin deputatı olan Madyarın toxunulmazlığının ləğvi üçün müraciət etsə də, rədd cavabı alıb.

2026-cı ilin mayında onun rəhbərlik etdiyi “Tisa” partiyasının parlament seçkilərində qələbəsindən və Madyarın deputat mandatı qazanmasından sonra istintaq bərpa olunub. Sentyabrın 22-də baş prokuror vəzifəsini icra edən İştvan Laytar parlamentə yeni vəsatət təqdim edib.

Məlumata görə, Madyar parlamentdə konstitusion çoxluğa malik “Tisa” fraksiyasının üzvlərini öz toxunulmazlığının ləğvinə səs verməyə çağırıb. “Bizim Vətən” fraksiyasının deputatları da vəsatəti dəstəkləyiblər.

Orbanın “Fides” partiyasının və Xristian-Demokrat Xalq Partiyasının deputatları isə keçmiş nazirlər Mikloş Şestak və Balaj Hankonun toxunulmazlığının ləğvinə etiraz olaraq iclasa qatılmayıblar.

Şestak 2014-2018-ci illərdə milli inkişaf naziri, Hanko isə 2024-2026-cı illərdə mədəniyyət və innovasiyalar naziri olub.

Şestak rüşvət almaqda və digər cinayətlərdə, Hanko isə qrant vəsaitlərindən təyinatı üzrə istifadə etməməkdə şübhəli bilinir. Sentyabrın 28-də hüquq-mühafizə orqanları parlamentin qərarını gözləmədən Şestakı saxlayıblar.

“Qanun qarşısında hamı bərabərdir, istər zavod fəhləsi, istər parlament deputatı, istərsə də baş nazir olsun. Bu gün Viktor Orbanın ətrafından korrupsiyaya bulaşmış nazirlər bu dərsi aldılar. Gizlədəcək heç nəyi olmayanın ədalət mühakiməsindən qorxmasına da səbəb yoxdur”, - Madyar qərarı şərh edərkən bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Kallas Aİ ölkələrini Ukraynaya “Patriot” raketləri verməyə çağırıb

28 Sentyabr 2026

euperspectives.eu

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Aİ ölkələrini ehtiyatlarındakı “Patriot” raketlərini Ukraynaya verməyə çağırıb. “Yevropeyska Pravda”nın məlumatına görə, Kallas bunu sentyabrın 28-də Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib. “Ukraynanın hava hücumundan müdafiəyə ciddi ehtiyacı var. Biz yenidən anbarlarında bu raketlər olan ölkələrə müraciət edirik. Onlar raketləri Ukraynaya verə bilərlər ki, daha sonra istehsal olunacaq ‘Patriot’ raketləri onların ehtiyatlarını bərpa etsin”, - Kallas bildirib. Aİ Şurasının açıqladığı gündəliyə əsasən, görüşdə Ukraynaya hərbi dəstək, o cümlədən hava hücumundan müdafiənin gücləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunur. Ukraynaya “Patriot” raketlərinin çatdırılmasının sürətləndirilməsi bundan əvvəl də müzakirə edilib. ...
Dünya

Serbiya prezidenti istefa verib, baş nazir postuna iddialıdır

28 Sentyabr 2026

sosial media

Serbiya prezidenti Aleksandr Vuçiç oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq üçün istefa verib. O, sentyabrın 27-də açıqladığı qərarla ikinci prezidentlik müddətinin başa çatmasını gözləmədən vəzifəsindən ayrılıb. Vuçiç seçkilərdə hakim Serbiya Tərəqqi Partiyasının siyahısına başçılıq edəcək. Partiyası hökuməti formalaşdırmaq imkanı qazanarsa, o, baş nazir vəzifəsinə keçməyi planlaşdırır. İstefa niyyətini hələ iyunun sonunda açıqlayan Vuçiç partiyasının seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib. O, səsvermənin demokratik keçiriləcəyini və Serbiyanın iqtisadi cəhətdən güclənəcəyini vəd edib. Növbədənkənar seçkilər hökumətin sentyabrın 7-də parlamentin buraxılması üçün prezidentə müraciətindən sonra təyin olunub. Vuçiç müraciəti qəbul edərək Xalq Skupşinasını buraxıb və səsverməni oktyabrın 25-nə təyin edib. 2017-ci ildən...

Seçilmiş Videolar

Toplum TV loqo