Siyasət

Səfirlik saxlanılan vətəndaşla bağlı Monteneqro ilə danışıqlar aparıldığını deyi

29 Oktyabr, 2025
276

Foto: "Balkan Insight"

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən “Report”a bildirilib ki, bu ölkədə Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə “müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır”.

Açıqlamada qeyd olunub ki, Azərbaycanın Serbiyadakı Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Podqoritsada baş vermiş, Türkiyə vətəndaşlarının və bir Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən “iğtişaşlarla əlaqədar yayılan məlumatları diqqətlə izləyir”.  

"Səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə zəruri tədbirlər görür", - deyə əlavə olunub. 

Nümayəndəlik, həmçinin, Monteneqro ərazisində yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarına müraciət edərək, “ictimai asayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə edib”. 

Eyni zamanda, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Monteneqro ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.

Ombudsman Aparatının xəbərinə görə, S.Əliyeva həmkarından “məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin edilməsini” xahiş edib.

“Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb. Səbinə Əliyeva, həmçinin, beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik münasibətlərinin qarşısının alınmasının vacibliyini də vurğulayıb”, - açıqlamada deyilir. 

Oktyabrın 25-də yerli media Podqoritsa şəhərində bir Monteneqro vətəndaşının mübahisə zəminində bıçaqlandığını, buna görə bir Türkiyə və bir Azərbaycan vətəndaşının şübhəli qismində saxlanıldığını xəbər verib. 

Növbəti gün isə onlarla yerli sakinin Türkiyə nömrəli avtomobillərə hücum etdiyi, bir qrup türkün təhlükəsizlik naminə bir kazinoya sığınmağa məcbur olduğu xəbəri yayılıb. 

Hücumdan sonra Podqoritsa polisi yaşayış icazəsi olmayan 45 Türkiyə və Azərbaycan vətəndaşının da saxlanıldığını bildirib. 

Saxlanılan şəxslərdən 7-sinin cərimə edildiyi, 8-inin isə ölkədən deportasiya ediləcəyi bildirilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Məqsəd sağlamlığıma geridönməz zərər vurmaqdır" 

7 Avqust 2026

Sosial media

Həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Fransada yaşayan tarixçi və hökumət tənqidçisi Altay Göyüşova məktub yazıb.  Tarixçinin avqustun 6-da sosial media hesabında ictimailəşdirdiyi məktubda B.Səmədov həbsinin akademik fəaliyyətinə zərbə vurduğunu qeyd edib.  "Təəssüf ki, layihələrim yarımçıq qaldı. Mən sizinlə dövlət anlayışının müqəddəsləşdirilməsi və xalqın ona tabe etdirilməsi kimi məsələləri müzakirə etməyə ümid edirdim. Amma indi özümü burada tapmışam. İnanıram ki, mənə qarşı gözlənilmədən göstərilən bu qəddarlığın səbəbi həm nəzəri yanaşmam, həm də qəti mövqeyimdir. Eyni zamanda, sizin sayənizdə aldığım beynəlxalq dəstək onları daha da qəzəbləndirdi və nəticədə məni ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində həbs cəzası ilə ən...
Siyasət

Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"

5 Avqust 2026

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açılmamışdan əvvəl onun Azərbaycandan çıxışına "stop" qoyulub.  Bunu ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə "Azadlıq Radiosu"na bildirib.  T.Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi aprel ayında açılıb. L.İsmayılzadə isə deyir ki, hələ ötən ilin yayından oğluna "stop" qoyulub.  "2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır", - o qeyd...

Seçilmiş Videolar

Toplum TV loqo