Amerikanınsəsi
Ötən həftə Umbakı penitensiar kompleksindən cəzaçəkmə müəssisəsinə köçürülmə tələbilə aclığa başladığını bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənovun tələbləri nəzərə alınıb.
Bu haqda Turan-a AXCP-dən bildiriblər.
Məlumatda daha öncə deyilirdi ki, Həsənovla bağlı məhkəmə hökmü bu ilin sentyabrında qüvvəyə minsə də, o, təcridxanadan cəzaçəkmə müəssisəsinə köçürməyib, yaxınları ilə görüşlərdə məhduduyyətlərlə üzləşib.
Buna etiraz olaraq onun dekabrın 5-də Umbakı penitensiar kompleksində aclığa başladığını xəbər verilirdi.
E.Həsənov qardaşını İkinci Qarabağ Müharibəsində itirib. AXCP-dən bildirilir ki, dekabrın 6-da yaxınlarını sözügedən müharibədə itirən bir qrup şəxs Penitensiar Xidmətə gedərək cəbhəçi fəalla bağlı xahiş ediblər.
Onları əməliyyat-rejim idarəsinin rəisi Fikrət Qafarovun qəbul etdiyi və bundan sonra AXCP üzvünün 2 saylı koloniyaya köçürüldüyü deyilir. Qeyd olunur ki, Həsənova yaxın günlərdə yaxınları ilə görüş veriləcəyi də vəd edilib.
Dekabrın 9-da Həsənovun quru aclığı dayandırdığı bildirilir.
Elnur Həsənov ötən il noyabrın 28-də qanunsuz narkotik maddə alveri (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ittihamı ilə həbs edilib. Fəal hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: X / @antoniocostapm
Foto: açıq mənbə
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"