açıq mənbədən götürülüb
Dörd beynəlxalq hüquq-müdafiə təşkilatı Gürcüstan hakimiyyətini “Azel” TV-nin rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırmağa çağırıb (Turan).
Müraciət müəllifləri İnsan Hüquqları Naminə Beynəlxalq Tərəfdaşlıq (IPHR), Açıq Müqavilə Tərəfdaşlığı (OCP) Crude Accountability, Norveç İnsan Hüquqları Evi Fondudur.
Həmin təşkilatlar hesab edirlər ki, onun ekstradisiyası Gürcüstanın üzv olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə bağlı öhdəliklərini pozmuş olacaq. Həmin maddə xarici vətəndaşların işgəncə və ya pis rəftar riski ilə üzləşəcəyinə əsas olduğu halda onların digər ölkəyə verilməsini qadağan edir.
Müraciət müəlliflərinin qənaətincə, son zamanlar Azərbaycanda siyasi motivli həbslər artıb, üstəlik də ölkə Avropa Şurasının İşgəncələr əleyhinə Komitəsi ilə əməkdaşlığı dayandırıb, bu da Sadıqovu işgəncə və amansız rəftar riskinə məruz qoya bilər.
Həyat yoldaşı Sevinc Sadıqova isə bildirir ki, Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.
O, həyat yoldaşının 80 gündür aclıq etdiyini, məhkəmə dinləmələrinin isə hələ başlamadığını deyir.
“Əfqan hazırda təcridxananın hospitalındadır. Vəziyyəti çox ağırdır. 35 kiloqram arıqlayıb. Həkim dedi ki, Əfqanın çəki itirməsi üçün bədənində heç nə qalmayıb. Dəri və sümükdən ibatrətdir. Vitamin çatışmazlığından dərisində qabıqlaşma gedir”, - Sadıqova söyləyir.
Əfqan Sadıqov bu ilin avqustunda Azərbaycanın sorğusu əsasında saxlanılıb. Bakı onu hədə yoluyla tələb etmədə ittiham edir və ekstradisiyasını tələb edir.
Onun həbsinə və Gürcüstan hökumətinin sığınacaq verməməsinə etiraz olaraq sentyabrın 21-dən aclığa başladığı, oktyabrın 8-də səhhəti pisləşdiyi üçün həbsxana xəstəxanasına köçürüldüyü bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: X / @antoniocostapm
Foto: açıq mənbə
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"