açıq mənbədən götürülüb
İctimai fəal Nicat İbrahim haqqındakı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş bu günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək, vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib.
İctimai fəalın həyat yoldaşı Pərvin İbrahimin sözlərinə görə, Nicat İbrahim istintaqa etiraz olaraq bir neçə dəfə özünə xəsarət yeriməklə intihara cəhd edib.
“O üçüncü dəfə, bu günlərdə ayaqları və əlləri sulu halda özünü elektrik cərəyanına qoşub. Həyatını xilas edə biliblər. Amma, qollarında və sinəsində yanıq yerləri qalmaqdadır”, həyat yoldaşı qeyd edib.
O bildirib ki, həyat yoldaşı intihara cəhd etdikdən sonra boğazında qan laxtaları yığılır, qulaqlarında və sinəsində kəskin ağrılar var, təzyiqi yüksəkdir.
Nicat İbrahim sentyabrın 9-da qəsdən sağlamlığa ciddi ziyan vurmaqda (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunaraq saxlanılıb. Özü ittihamı rədd edir, ölkədən çıxışına qoyulan qadağaya etiraz etdiyi üçün ona böhtan atıldığını deyir.
Nicat İbrahim 2021-ci ildə də cinayət məsuliyyətinə cəlb edilib və karantin rejimini pozmaqda ittiham olunaraq 15 ay müddətinə azadlıqdan məhrum edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fazil Qasımovun vəkili Fuad Ağayev: “42 illik təcrübəmdə bu dərəcədə rüsvayçılıq görməmişəm”
açıq mənbədən götürülüb
açıq mənbədən göndərilib
Suriyada kim qalib gəldi?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb