Siyasət

Tramp "üçüncü dünya ölkələri"ndən miqrasiyanı daimi donduracağını deyir 

28 Noyabr, 2025
118

Foto: Yonhap News

ABŞ prezidenti Donald Tramp noyabrın 27-də mətbuat konfransında bildirib ki, rəhbəri olduğu administrasiya bütün “üçüncü dünya ölkələri"ndən miqrasiyanı “daimi olaraq dayandıracaq”.

Bundan bir gün əvvəl Ağ Ev yaxınlığında Əfqanıstan vətəndaşı olan şəxs iki Milli Qvardiya əsgərinə atəş açıb və onlardan biri aldığı yaralardan ölüb. Tramp qərarını bu hadisə ilə əsaslandırıb. 

Sözügedən əfqan vətəndaş əvvəlki prezident Co Baydenin dövründə ABŞ-yə gəlsə də, məhz Trampın rəhbərlik etdiyi administrasiya ona siyasi sığınacaq verib. 

“ABŞ sisteminin tam bərpa olunmasına imkan vermək üçün bütün Üçüncü Dünya ölkələrindən miqrasiyanı daimi olaraq dayandıracağam, Bayden dövründə həyata keçirilmiş milyonlarla qanunsuz miqrant qəbulunun hamısını – o cümlədən Yuxulu Co Baydenin avtoimzası ilə təsdiqlənənləri – ləğv edəcəyəm və ABŞ-yə xalis fayda gətirməyən hər kəsi ölkədən çıxaracağam", - Tramp deyib. 

Prezident əfqan vətəndaşa məhz onun administrasiyası tərəfindən sığınacaq verilməsi haqda suala cavabında isə jurnalisti "axmaq" adlandırıb. 

Tramp "üçüncü dünya" və "daimi dayandırmaq" deyəndə nəyi nəzərdə tutduğunu izah etməyib. 

Daha əvvəl Vətənin Təhlükəsizliyi Departamentindən bildiriblər ki, Tramp Bayden administrasiyası dövründə təsdiqlənmiş sığınacaq işlərinin və 19 ölkənin vətəndaşlarına verilmiş "qrinkart"ların genişmiqyaslı şəkildə yenidən yoxlanılmasını əmr edib.

ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti hadisədən sonra Əfqanıstan vətəndaşları ilə bağlı bütün miqrasiya müraciətlərinin baxılmasını qeyri-müəyyən müddətə dayandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İttifaq: “Yenilənmiş siyasi məhbus siyahısında 322 nəfərin adı var”

6 Oktyabr 2026

sosial media

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq oktyabr ayı üçün Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin siyahısını yeniləyib.  Yenilənmiş siyahıda 322 nəfərin adı var. Bu, ən son mayda yenilənən siyahıdan 6 nəfər azdır.  Hesabata əsasən, son dörd ayda siyahıdakı 28 nəfərin həbs müddəti başa çatıb və azadlığa çıxıb. Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayev, işçi hüquqları fəalları Elvin Mustafayev və Ayxan İsrafilov, satirik şair İbrahim Xudayi və 19 inanclı fəal var. Lakin eyni dövrdə müxalifət və vətəndaş cəmiyyətinə mənsub bir sıra şəxslər və inanclı fəallar məhkum edilib. Siyahıda yer alan məhbuslar 12 qrup üzrə qruplaşdırılıb.   Siyahıya görə,...
Siyasət

“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar

6 Oktyabr 2026

Toplum TV

Oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasın əvvəlində təqsirləndirilən şəxslərlə hakim arasında mübahisə yaranıb. Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Z. Əhmədovun danışıq tərzinə və məhkəmə zalındakı mikrofonların işləməməsinə etiraz edib. “Siz burada özünüzü hakim kimi aparmırsınız, küçə uşağı kimi aparırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, hamının sözünü kəsir, təhqir edirsiniz”, - Ramil Babayev deyib. Buna cavab olaraq hakim R. Babayevin məhkəmə zalından çıxarılmasına göstəriş verib. IDI əməkdaşları Əli Zeynal və İlkin Əmrahov da etiraz olaraq zalı tərk ediblər. Daha sonra müdafiə tərəfi hakimin davranışı, təqsirləndirilən...

Seçilmiş Videolar

Toplum TV loqo