Foto: açıq mənbə
Şimali Koreya lideri Kim Çen İn Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsində iştirak etmiş koreyalı əsgərləri mükafatlandırıb.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər yayıb.
Agentliyin məlumatında qeyd olunub ki, Şimali Koreya hərbçiləri “bütün dünyaya Koreya Xalq Ordusunun sarsılmaz və misilsiz ideoloji və mənəvi üstünlüyünü, döyüş ustalığını, koreyalıların sərt, ölümcül, qanlı döyüşlərdə əyilməz ruhunu nümayiş etdiriblər və bu, dünyada heç bir ordu ilə müqayisə edilə bilməz.”
Həlak olmuş Şimali Koreya əsgərlərinin ailə üzvlərinin də mərasimdə iştirak etdiyi bildirilir.
Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirak etmək üçün öz hərbçilərini göndərməsi 2024-cü ilin oktyabrından bilinsə də, Rusiya bunu yalnız bu ilin aprelində təsdiqləyib. Qoşunları Şimali Koreya ordusunun Baş Qərargah rəisinin müavini, kəşfiyyat rəhbəri və Baş Əməliyyat İdarəsinin rəhbəri kimi hərbi rəhbərlər də müşayiət edib.
“The Wall Street Journal”-ın məlumatına görə, Şimali Koreya komandirləri yenidən Rusiyaya göndərilə bilərlər.
Apreldə Cənubi Koreya deputatları kəşfiyyat məlumatlarına istinad edərək bildiriblər ki, Şimali Koreya Ukraynaya qarşı müharibəyə təxminən 15,000 əsgər göndərib. Ordunun ümumi itkiləri 600 ölü və 4,000-dən çox yaralı təşkil edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Açıq mənbə
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?