Siyasət

Vüqar Məmmədovun qardaşı Hikmət Hacıyevə müraciət edib: "Xəstə məhbuslar taleyin ümidinə buraxılıb"

5 Avqust, 2026
126

Sosial media

"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun qardaşı Cəsur Məmmədov jurnalistin səhhəti ilə bağlı prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət edib. 

O, avqustun 4-də sosial media hesabında etdiyi yazılı müraciətdə qardaşının “əsassız ittihamlarla və ədalətsizliklə üzləşdiyini” bildirib. 

“Bir neçə gün öncə sizin "nə problemləriniz varsa bizə müraciət edin həll edək, gedib “TikTok”a çıxmağa ehtiyac yoxdur" deyə fikriniz ictimaiyyət arasında müzakirələrə səbəb olmuş, eyni zamanda vətəndaşlarda ümid və inamı artırmışdır. Mənim də sizə müraciətimə stimul verən məhz sizin özünəinam çərçivəsində vətəndaşlara belə bir çağırış etməyinizdir”, - C.Məmmədov H.Hacıyevə xitabən yazıb. 

C.Məmmədov xatırladıb ki, qardaşı ötən ilin oktyabrında həbs olunarkən ona qarşı əvvəlcə “Ramiz Mehdiyev işi” ilə bağlı ittiham irəli sürülsə də, sonradan ittiham “hədə-qorxu gəlmə” maddəsi ilə dəyişdirilib. 

“Hörmətli  Hikmət müəllim, təkcə bu fakt Vüqarın qəsdən və şərlənərək, hansısa “komplo”nun güdazına getdiyini ortaya qoyur”, - o əlavə edib. 

C.Məmmədov qardaşının səhhətinin ağırlaşdığını, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanıldığını qeyd edib. 

“Vüqar Məmmədov ağır ürək, böyrək, prostat xəstəliklərindən əziyyət çəkməsinə baxmayaraq, müalicə olunmur. Bunu sübut edən fakt kimi məhkəmə hakimlərinin Vüqarın səhhətinin ağır olması və məhkəmə istintaqının gedişatında risk təşkil etdiyi qənaətinə gələrək məhkəməni iki dəfə dalbadal təxirə salmasını göstərə bilərəm. Vüqarın səhhətilə bağlı həm özü, həm də biz dəfələrlə müraciət etməyimizə baxmayaraq, onun müalicəsi ilə bağlı heç bir irəliləyiş yoxdur. Xidmət rəhbərliyi ilə də görüşlərimiz alınmır. Səbəbi də bəllidir. Müalicə Müəssisəsində ixtisaslaşmış həkim heyəti yoxdur. Xəstə məhbuslar demək olar ki, taleyin ümidinə buraxılıb”, - o əlavə edib. 

Cəsur Məmmədov daha öncə jurnalistin ürək xəstəliyinin ağırlaşdığı və böyrək çatışmazlığı riski yarandığı barədə məlumat yaymışdı. 

Onun sözlərinə görə, iyulun 22-də V.Məmmədovla görüşən ailə üzvləri onun ayaqlarının şişdiyini və sərbəst hərəkət edə bilmədiyini müşahidə ediblər. 

V.Məmmədov ötən ilin oktyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan tənqidçi, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.

S.Cəlaloğlu bacısı oğlunun həbsi ilə bağlı daha öncə mətbuata bildirib ki, onun jurnalist fəaliyyətinə görə Prezident Administrasiyası və Dövlət Təhlükəsizliyi Xidmətindən ona iradlar bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo