Siyasət

Yaxınları: “Ələsgər Məmmədlinin qan analizlərində normadan kənar göstəricilər aşkarlanıb”

31 Avqust, 2026
49

sosial media

"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin qan analizlərinin nəticələrində bir neçə göstəricinin normadan xeyli yüksək və ya aşağı olduğu məlum olub.

Bu barədə onun həyat yoldaşı Günay Məmmədli məlumat yayıb.

Onun sözlərinə görə, ümumi və kimyəvi analizlərin nəticələri Ə.Məmmədliyə yalnız yenidən ərizə ilə müraciət etdikdən sonra təqdim olunub.

Günay Məmmədli qeyd edib ki, Ə.Məmmədlinin ultrasəs müayinəsi (USM) müayinəsi hələ də aparılmayıb. Buna səbəb kimi USM həkiminin tapılmaması göstərilib: “Ürək müayinəsi üçün götürülən analizlərin nəticələri barədə də hələ məlumat yoxdur”.

G.Məmmədlinin sözlərinə görə, həyat yoldaşında boğulma, yuxusuzluq, yüksək təzyiq, ürəkdöyünmə tutmaları və ağrılar davam edir.
O bildirib ki, ailənin Ə.Məmmədlinin səhhətinin ağırlaşması ilə bağlı aidiyyəti qurumlara müraciət etməsindən bir aydan çox vaxt keçsə də, onun tam müayinəsi aparılmayıb.

Avqustun 25-də G.Məmmədli həyat yoldaşının səhhətində yaranan ağırlaşmalardan sonra xeyli zəiflədiyini bildirmişdi. Onun sözlərinə görə, həmin vaxt Ə.Məmmədlidə nəfəs darlığı, boğulma, yüksək ürək döyüntüsü və təzyiq davam edirdi.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb və həbs olunub.

Ailəsi və vəkilləri mütəmadi olaraq onun səhhətindəki problemlərlə bağlı narahatlıqlarını dilə gətirirlər. Vəkili bu səbəbdən onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatət qaldırsa da, indiyədək heç biri təmin edilməyib.

İyulun 27-də "Toplum TV işi" üzrə keçirilən yekun məhkəmə prosesində Ə.Məmmədliyə 14 il həbs cəzası verilib.

O, qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq da daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunur. Ə.Məmmədli ittihamları qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramil Babayev ədliyyə nazirinə: “Siyasi məhbuslara verilən işgəncələr dərhal dayandırılsın”

31 Avqust 2026

Toplum TV

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Umbakı Penitensiar Kompleksində özünün və digər məhbusların hüquqlarının pozulduğunu bildirir. O, bununla bağlı ədliyyə naziri Fərid Əhmədova şikayət ərizəsi yazdığını, lakin müəssisə rəhbərliyinin ərizənin nazirə çatdırılmasına imkan vermədiyini deyir. Buna görə Babayev müraciətini media vasitəsilə ictimailəşdirmək qərarına gəldiyini bildirib. Ramil Babayevin ədliyyə nazirinə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik: “Ruslan İzzətli avqustun 18-də müəssisədə son günlərdə baş verən su kəsintilərinə etiraz olaraq könüllü surətdə cərimə kamerasına (“kars”) keçirilməsini tələb edib. Növbəti gün Əli Zeynal, ondan sonrakı gün isə mən, Fərid İsmayılov və Akif...
Siyasət

Bişkekdə Əliyev və Paşinyan əməkdaşlığın genişləndirilməsi müzakirə ediblər

31 Avqust 2026

president.az

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. “AZƏRTAC”ın məlumatına görə, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesinin hazırkı mərhələsi müzakirə olunub. Tərəflər ötən il Vaşinqtonda keçirilmiş sammitin nəticələrinə, o cümlədən ABŞ prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanmasına və Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlər haqqında sazişin paraflanmasına toxunublar. Görüş zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, eləcə də enerji sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. İşgüzar dairələr arasında təmasların davam etdirilməsi də müsbət qiymətləndirilib. Əliyev və Paşinyan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesini də müzakirə ediblər....

Seçilmiş Videolar

Toplum TV loqo