Siyasət

Yenilənmiş siyahı: Azərbaycanda 328 "siyasi məhbus" var

14 May, 2026
727

Açıq mənbə

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq may ayı üçün Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin siyahısını yeniləyib. 

Yeni siyahıda 328 nəfərin adı var. Bu, ən son yanvarda yenilənən siyahıdan 12 nəfər azdır. 

Lakin təşkilat bildirir ki, siyasi məhbusların sayı əslində daha çoxdur. Belə ki, ötən müddət ərzində 220 şəxs "siyasi motivlərlə" həbs olunub, lakin hüquq müdafiəçiləri onların yalnız 30-unun kimliyini müəyyənləşdirə bilib. Onların "İran casusu" adı ilə həbs olunan, lakin narkotik ittihamı irəli sürülən inanclı fəallar olduğu deyilir. 

Azadlığa buraxılanların da sırasında inanclılar çoxluq təşkil edir. Son dörd ayda amnistiya ilə azadlığa çıxan 31 nəfərdən 30-u inanclı fəallardır, bir nəfər isə vətəndaş cəmiyyəti üzvü Rza Səfərsoydur. 

Siyahıda yer alan məhbuslar 12 qrup üzrə qruplaşdırılıb.  

Siyahıya görə, həbsdə olan inanclı fəallar 182, siyasi partiya və vətəndaş cəmiyyəti üzvləri 44, jurnalist və blogerlər 31, "İmişli işi" üzrə məhkumlar 15, "Gəncə işi" üzrə məhkumlar 13, ömürlük həbsdə olanlar 12, "Tərtər işi" məhkumları 8, hüquq müdafiəçiləri 8, Avropadan deportasiya olunub həbs edilənlər 6, etnik azlıq fəalları 5, sülh fəalları 2, "Söyüdlü işi" məhkumları 2 nəfərdir. 

Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə heç kimin siyasi fikirləri və ya fəaliyyətinə görə həbs olunmadığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Mirzoyan: “Hikmət Hacıyevin Ermənistandan üzr tələbi sülhə töhfə vermir”

28 Oktyabr 2026

Toplum TV

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Azərbaycan xalqından üzr istəməsi ilə bağlı son bəyanatı sülhə “töhfə vermir”. Mirzoyan əlavə edib ki, artıq paraflanmış sülh sazişinin imzalanması üçün “başqa ilkin şərt ola bilməz”. Mirzoyan bu fikirləri parlamentdə müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Tiqran Abrahamyanın sualını cavablandırarkən səsləndirib. Abrahamyan Hacıyevin bəyanatından bir gün keçməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin buna cavab vermədiyini qeyd edib və belə ritorikanın sülh prosesinə nə dərəcədə töhfə verdiyini soruşub. Mirzoyan cavab verilməməsi ilə bağlı tənqidləri rədd edib. O bildirib ki, Ermənistan hökuməti yol boyu çətinlik və maneələrin mövcudluğunu nəzərə alaraq “sülh...
Siyasət

Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Fərid İsmayılov: “Fikirdə, hədəfdə, əməldə birlik!”

28 Oktyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov Azərbaycandakı demokratik qüvvələrə birlik, qarşılıqlı dəstək çağırışı ilə müraciət ediblər. Onların özlərini “Mütəşəkkil Dəstə” adlandırdıqları təşəbbüsün müraciətində ölkədə repressiyaların genişləndiyi və siyasi məhbus kimi tanınan şəxslərin sayının artdığı bildirilib, demokratik qüvvələr arasında həmrəyliyə çağırış edilib. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Biz “Mütəşəkkil dəstə” təşəbbüsümüzü elan edərkən bildirmişdik ki, ölkədə repressiya son həddədir, həbsxanalar siyasi məhbuslarla doludur və siyasi məhbuslar bu vəziyyəti hüquq müdafiəçiliyi üçün bir fürsətə çevirə bilər. Repressiyanın son həddə olması həm də fəaliyyət sahəsini daraltmaqla ölkənin...

Seçilmiş Videolar

Toplum TV loqo