Siyasət

QHT sədri beynəlxalq mükafata layiq görüldü

5 Oktyabr, 2018
1842
Rasional İnkişaf  Uğrunda” Qadınlar Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Şəhla İsmayıl "Bob Hepple adına Bərabərlik Mükafatı"na layiq görülüb.
 
 

Bu barədə Ş.İsmayıl facebook hesabında məlumat yayıb: ""Bob Hepple adına Bərabərlik Mükafatı"nı Londondan Bakiya gətirmək böyük qürur və şərəfdir. Namizədliyimi bu mükafata təqdim edən "İnsan Hüquları Evi" Fonduna və məni bu mükafata layiq görən Bərabər Hüquqlar Fonduna təşəkkür edirəm".

Mükafat 2007-ci ildə ayrı-seçkiliklə mübarizə və bərabərliyin təməl bir insan haqqı kimi dəstəklənməsi məqsədilə təsis edilib.

Pərvanə Qurbanlı 
Toplum Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb

21 Avqust 2025

Foto: Açıq mənbə

Beynəlxalq mətbuat azadlığı təşkilatı “Sərhədsiz Reportyorlar” (RSF) mühacirətdə olan müstəqil media orqanları ilə birlikdə Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək üçün kampaniya başladıb.  Kampaniyaya mühacirətdə fəaliyyət göstərən Toplum TV, Azad Səslər Kollektivi, Meydan TV və Qəzetçi qoşulub.  “Onları sərinkeş atəşinə tutun” kampaniyada həbsdə olan jurnalistlərə açıqcalar yazmaq təklif olunur.  Kampaniyanın adında həbsdə olan “Abzas Media” jurnalisti Sevinc Vaqifqızına ailəsinin gətirdiyi sərinkeşin verilməməsi ilə bağlı “qeyri-insani həbs şəraitinə” diqqət çəkilir.  “Əksər məhbuslar yayda ailələrinin dəstəyi ilə sərinkeş əldə edə bildiyi halda, Sevincin ailəsinin gətirdiyi sərinkeş təcridxana rəisi Elnur İsmayılov tərəfindən buraxılmayıb. Onun şərti isə belə olub: jurnalist yazmaqdan əl çəksin. Lakin Vaqifqızı...
Siyasət

Vens: Zelenskiyə dedim ki, özünü yaxşı aparsan, səsimi çıxarmayacam 

21 Avqust 2025

Foto: EPA/Bloomberg

ABŞ vitse-prezidenti Ceyms Vens Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona son səfərindən danışıb.  “Fox News” telekanalına müsahibə verən Vensə Zelenskinin indiki və fevraldakı səfərlərinin müqayisəsi haqda sual verilib.  Fevralın 28-də Oval Ofisdə mətbuat üçün açıq olan görüş mübahisə ilə nəticələnmiş, Vens Ukrayna prezidentini ABŞ-yə minnətdar olmamaqda günahlandırmışdı.  Vens bu dəfəki görüşün xoş ab-havada keçdiyini deyib.  “Prezident Zelenski Oval Ofisə daxil oldu və mən onunla, prezident Trampla və Ukrayna nümayəndə heyətinin bəzi yüksək vəzifəli üzvləri ilə söhbət edirdim. Mən dedim: “Cənab prezident, elə ki, özünüzü yaxşı aparsanız, mən heç nə deməyəcəyəm.” O isə bir az gülümsədi və bu, aramızdakı buzları əritmək üçün...

Seçilmiş Videolar

Toplum TV loqo