Siyasət

Səməd Rəhimli vəkillərə tətbiq ediləcək yeni cərimələr barədə: "İndi vəziyyət daha da ağırlaşacaq"

24 İyun, 2021
1820

Sosial Media

"Hökumət "parlament"in əliylə məhkəməyə iddia vermək üçün dövlət rüsumlarını artırır və vəkillər üçün ağır təzyiq vasitəsinə çevrilə biləcək yeni yüksək cərimə müəyyən edir. Məhkəmənin müyəssərliyi (çatımlığı) onsuz da pis vəziyyətdə idi. İndi vəziyyət daha da ağırlaşacaq".

Bu sözləri hüquqşünas Səməd Rəhimli Azərbaycanda məhkəmələrə vəkili "əsassız şikayətlərə görə" 500 manatadək cərimələmək hüququnun verilməsi məsələsinə münasibət bildirərkən deyib. 

Məhkəmənin açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilməsi məsələsi Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. 

Bu, Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə öz əksini tapıb.

Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Səməd Rəhimli "Tvitter" hesabındakı açıqlamada bildirib ki, 2018-ci ildə təxminən 300-500 manata başa gələn işlər indi azı 1000 manat civarında ola bilər:

"Nümayəndəliyi ləğv edib vəkil monopoliyasına keçildikdən sonra vəkil defisitinə görə qiymətlər artmışdı. Sonra orderin qiymətini artırdılar, indi rüsumlar və məhkəmə cərimələri artırırlar. 2018-ci ilə qədər  300-500 manata başa gələn işlər təxminən azı 1000 manat civarında olacaq.

Əsaslandırma kimi də güman ki, Qərb ölkələrini göstərib deyəcəklər ki, orda da qiymətlər və cərimələr belədir. Bir də deyəcəklər ki, yalançı iddialar verilir; onların sayını azaltmaq istəyirik".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Avropa Məhkəməsi Azərbaycanı rekord məbləğdə cərimələyib

14 Yanvar 2025

Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 14-də Azərbaycanla bağlı bu il üzrə ilk qərarını elan edib. Sözügedən məhkəmənin Azərbaycanla qərarlarını izləyən hüquqşünas Xalid Ağəliyev bildirir ki, bununla da AİHM Azərbaycana münasibətdə indiyədək ən yüksək məbləğdə təzminat müəyyən edib - 1 milyon 693 min avro. Qərar Bakıda “Qış Parkı”nın inşası zamanı mülkiyyət hüquqlarının pozulduğunu iddia edən 18 ərizəçinin təqdim etdiyi 14 şikayət ərizəsi üzrə elan edilib.  2022-ci ildə iddia edilən pozuntuları tanıyan Avropa Məhkəməsi təzminat məsələsinin həlli üçün tərəflərə vaxt vermişdi. Bu gün elan olunan qərara görə, ərizəçilərə ümumilkdə 1 milyon 693 min 892 avro məbləğində maddi, mənəvi zərər əvəzi və...
Siyasət

ABŞ Bəxtiyar Hacıyevlə bağlı hökmdən məyusluq hissi keçirir - Səfirlik

14 Yanvar 2025

açıq mənbədən götürülüb

ABŞ-ın Azərbaycandakı səfirliyi ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı məhkəmə qərarına münasibət bildirib. “ABŞ Bəxtiyar Hacıyevlə bağlı çıxarılan son məhkəmə qərarından dərin məyusluq hissi keçirir”, səfirliyin adından yayılan açıqlamada belə deyilir.  Səfirlik eyni zamanda ölkədə insan haqları ilə bağlı növbəti dəfə çağırış edib: “Biz, ardıcıl olaraq, Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs olunanları azad etməyə çağırırıq”. Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevə hökm oxunub. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, ictimai fəalın evi və bank hesablarındakı pul vəsaitləri də müsadirə olunub. Ona təlim-tədris işləri qadağan edilib.  Bəzi maddələrə isə müddəti ötdüyü...

Seçilmiş Videolar

Toplum TV loqo