Siyasət

Vəkil: "Rövşən Əkbərovun oğlu mənə hücum etdi"

2 Sentyabr, 2021
2472

Açıq məbələrdən götürülüb

Vəkil DİN və Baş Prokurorluğa müraciət edib

Vəkil Elçin Sadıqov həbsdə olan general Rövşən Əkbərovun oğlu Telman Əkbərovun hücumuna məruz qaldığını deyir. Vəkilin bildirdiyinə görə, hadisə generalın işi üzrə məhkəmə iclası başa çatandan dərhal sonra – Bakı Hərbi Məhkəməsinin binasında baş verib.

Rövşən Əkbərov 20 il əvvəl – 2001-ci ilin iyununda Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilərək, bu il martın 15-də həbs edilib. Vəkil Elçin Sadıqov bu işdə zərərçəkmiş tərəfi təmsil edir. O, mərhum Elçin Əliyevin atası Fəday Əliyevin nümayəndəsidir.

“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində, pilləkənin qarşısında Rövşən Əkbərovun oğlu mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin binasındakı kameraların görüntülərindən əlavə, məndə də sübut var”, - Elçin Sadıqov bildirib.

Elçin Sadıqov - VOA

Vəkil generalın oğlunun cəzalandırılması üçün Prezident İlham Əliyev, daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edib. Elçin Sadıqov ona qarşı hücum faktının xüsusi nəzarətə götürülməsini, Telman Əkbərovun cəzalandırılmasını xahiş edib:

“Vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə-qorxu və zorakılıq halları artmaqdadır. Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hücum edirlər”.

Vəkilin iddiasına Telman Əkbərovun münasibətini öyrənmək mümkün olmayıb.

Mərhum Elçin Əliyevin atası məhkəmədə təqsirləndirilən generala qarşı 1 milyon mənəvi, 200 min də maddi olmaqla, 1 milyon 220 min manatlıq mülki iddia qaldırıb.

2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. Elçin Əliyevin valideynlərinin çoxsaylı şikayətlərinə baxmayaraq, Rövşən Əkbərov məsuliyyətə cəlb olunmamışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Rövşən Əkbərov özünü təqsirli bilmir. O, Elçin Əliyevi öldürməsi haqda ittihamda yazılanları “film ssenarisi” adlandırıb (Meydan TV).


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Avropa Məhkəməsi Azərbaycanı rekord məbləğdə cərimələyib

14 Yanvar 2025

Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 14-də Azərbaycanla bağlı bu il üzrə ilk qərarını elan edib. Sözügedən məhkəmənin Azərbaycanla qərarlarını izləyən hüquqşünas Xalid Ağəliyev bildirir ki, bununla da AİHM Azərbaycana münasibətdə indiyədək ən yüksək məbləğdə təzminat müəyyən edib - 1 milyon 693 min avro. Qərar Bakıda “Qış Parkı”nın inşası zamanı mülkiyyət hüquqlarının pozulduğunu iddia edən 18 ərizəçinin təqdim etdiyi 14 şikayət ərizəsi üzrə elan edilib.  2022-ci ildə iddia edilən pozuntuları tanıyan Avropa Məhkəməsi təzminat məsələsinin həlli üçün tərəflərə vaxt vermişdi. Bu gün elan olunan qərara görə, ərizəçilərə ümumilkdə 1 milyon 693 min 892 avro məbləğində maddi, mənəvi zərər əvəzi və...
Siyasət

ABŞ Bəxtiyar Hacıyevlə bağlı hökmdən məyusluq hissi keçirir - Səfirlik

14 Yanvar 2025

açıq mənbədən götürülüb

ABŞ-ın Azərbaycandakı səfirliyi ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı məhkəmə qərarına münasibət bildirib. “ABŞ Bəxtiyar Hacıyevlə bağlı çıxarılan son məhkəmə qərarından dərin məyusluq hissi keçirir”, səfirliyin adından yayılan açıqlamada belə deyilir.  Səfirlik eyni zamanda ölkədə insan haqları ilə bağlı növbəti dəfə çağırış edib: “Biz, ardıcıl olaraq, Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs olunanları azad etməyə çağırırıq”. Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevə hökm oxunub. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, ictimai fəalın evi və bank hesablarındakı pul vəsaitləri də müsadirə olunub. Ona təlim-tədris işləri qadağan edilib.  Bəzi maddələrə isə müddəti ötdüyü...

Seçilmiş Videolar

Toplum TV loqo