Siyasət

Ümid Partiyası növbəti qurultayını keçirdi

29 Mart, 2021
1261

Ümid Partiyası

Martın 28-də Azərbaycan Ümid Partiyasının V (VII) Qurultayı pandemiyanın şərtlərinə uyğun olaraq onlayn qaydada keçirilib.

Bu barədə partiyanın rəsmi sosial media hesabından paylaşım edilib. 

Qurultayı giriş sözüylə Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri İqbal Ağazadə açaraq Qurultaya Hazırlıq barədə məlumat verib. 

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğurunda şəhid olmuş hərbçilərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Mandat Komissiyasının Hesabatı dinlənilib. Qeyd edilib ki, Ümid Partiyası növbəti qurultayına 69 rayon şöbəsindən seçilmiş 650 nümayəndə ilə getməli idi. Lakin qurultay obyektiv səbəbdən gecikdiyinə görə 19 rayon şöbəsində konfransların vaxtı tamamlanıb. Bununla belə 19 rayondan olan Təşkilat Komitəsinin rəhbərləri qurultayda iştirak edib, 52 Rayon Şöbəsi isə Qurultaya seçilmiş nümayəndələrlə təmsil olunub.

451 qurultay nümayəndəsindən 437 nəfəri onlayn qaydada qurultayda iştirak edib. Bu səbəbdən Mandat Komissiyası Qurultayın səlahiyyətli olduğunu bildirib və qurultayın idarə olunması üçün sədarət, Say komissiyası və katiblik seçilib. Daha sonra sədarət Qurultaylararası dövrdə hesabat üçün partiyanın sədri İqbal Ağazadəyə söz verilib.

Partiya sədrinin Qurultayarası dövrlə bağlı hesabatı dinlənilib və qurultay tərəfindən qənaətbəxş hesab edilib.

Sonra partiyanın nizamnaməsinə uyğun olaraq təşkilati məsələyə baxılıb. Qurultay nümayəndələri tərəfindən Ağazadə İqbal Fehruz oğlunun yenidən partiya sədrliyinə namizədliyi irəli sürülüb və o, Azərbaycan Ümid Partiyasının sədri seçilib. 

Qurultayda partiyanın nizamnaməsinə uyğun olaraq 78 nəfər Ali Məclis üzvü seçilərək təsdiq edilib, 7 nəfər isə MNTK üzvü seçilib.

Partiya sədrinin və digər rəhbər orqanların seçilməsini əks etdirən sənədlərin qeydə alınması və Ədliyyə Nazirliyinə müraciət edilməsi üçün səlahiyyətli nümayəndə seçilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo