Sosial

Azərbaycanda koronavirusdan son 4 gündə 1 nəfər ölüb

21 Aprel, 2022
956

açıq mənbədən götürülüb

Azərbaycanda son dörd gündə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında belə deyilir.

Koronavirusdan ölüm halının qeydə alınması barədə ən son məlumat aprelin 17-də açıqlanıb.

Son sutkada 33 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.

Ölkədə son sutka ərzində 4 472, hazırkı dövrədək isə 6 785 398 test aparılıb.


 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Əfqanıstanda zəlzələdə 600-dən çox insan ölüb

1 Sentyabr 2025

Foto: Reuters

Əfqanıstanın şərqindəki Kunar və Nanqarhar vilayətlərində sentyabrın 1-ə keçən gecə 6 bal gücündə zəlzələ baş verib.  Ölkənin Daxili İşlər Nazirliyi bu ana qədər ən az 622 nəfərin öldüyünü, 1500-dən çox insanın yaralandığını təsdiqləyib.  Bir neçə kəndin tamamilə dağıldığı, xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.  "Al Jazeera"nin yerli müxbirinin məlumatına görə, zəlzələ baş verən bəzi ərazilərə yardım çatdırmaq əlverişsiz yol şəraitinə görə çətinləşib.  Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstan ofisi dağıdıcı zəlzələdən "dərindən kədərləndiklərini" bildiriblər.  "Qruplarımız ərazidədir, təcili yardım və xilasedici dəstək göstərirlər. Düşüncələrimiz zərərçəkmiş icmalarladır", - deyə bəyanatda qeyd olunub.
Sosial

Paşinyan: "Erməni soyqırımının tanınmasının bizə nə xeyri olub ki?" 

29 Avqust 2025

primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan İsrail baş naziri Benyamin Netanyahunun "erməni soyqırımı"nı tanımasına münasibət bildirib. Paşinyan avqustun 28-də hökumət brifinqində deyib ki, Netanyahunun açıqlamasının  “Ermənistan Respublikası, Ermənistan xalqı və ya erməni millətinin maraqları ilə heç bir əlaqəsi yoxdur”. “Biz özümüzdən soruşmalıyıq: Biz istəyirikmi ki, erməni soyqırımının tanınması və ya tanınmaması bizim reallığımız, dövlətimizin maraqları və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayan başqalarının əlində geosiyasi alver predmetinə çevrilsin? İstəyirikmi ki, soyqırımı təsadüfən və ya qarışıqlıq nəticəsində hansısa müsahibədə sadəcə səslənən bir ifadəyə çevrilsin? Mən istəmirəm ki, şəhidlərimizi belə bir vəziyyətə salaq. Təkrar edirəm, diqqətimizi dövlətimizin maraqlarına yönəltməliyik", - o bildirib. ...

Seçilmiş Videolar

Toplum TV loqo