Sosial

Kəramət Böyükçöl: “Əjdər Ol ömür boyu təriflədiyi siyasi sistemin qurbanı olub”

9 Fevral, 2021
5578

Sosial Media

“Əjdər müəllim dostumuzdur, ancaq Səlim Müslümovun yanında aparat rəhbəri işləyib, təmiz bir adam olmaq inandırıcı görünmür. Dostumuz, qələm adamı olmasına baxmayaraq, hesab edirəm ki, rüşvətdə əli olmasa, həbs olunmazdı”.

Yazıçı Kəramət Böyükçöl bir müddət əvvəl rüşvət almaqda günahlandırılan məmur-yazıçı Əjdər Olun həbsini belə qiymətləndirir.

Onun sözlərinə görə, Əjdər Ol ömürü boyu təriflədiyi, səfasını gördüyü siyasi sistemin qurbanı olub: “Yenə də adamın içindən keçir ki, qələm dostunu bir şəkildə müdafiə eləsin. Ancaq nə deyib müdafiə edək? Canı bahasına müdafiə etdiyi ideyalar uğrunda tutulmayıb ki, biz də deyək söz, fikir azadlığına ölkədə belə əngəllər var”.

K.Böyükçöl bu həbsin Azərbaycan Yazıçılar Birliyinin nüfuzuna təsir edib-etməməsi məsələsinə isə ritorik cavab verib: “Yazıçılar Birliyinin özü bir ləkədir, ləkəyə necə bir ləkə gətirmək olar? Aydan arı, sudan duru bir qurum deyil ki, kimsə nüfuzuna xələl gətirsin... Ümumiyyətlə, məmur işləyən yazıçı və şairlərin elə hamısı potensial “Əjdər Ol”dur. İndi araşdırılsa ki, prezidentin Yazıçılar Birliyinə, şair və yazıçılar üçün ayırdığı pullar hara gedib? Məlum olacaq ki, o pullar şəxsi ciblərə gedib”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Əjdər Ol” təxəllüsüylə tanınan şair-publisist Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunub.
Əjdər Ol yazıçı olmaqla bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri vəzifəsini icra edirdi. Keçmiş Aparat rəhbəri vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət almaqda təqsirləndirilir.

O, keçmiş nazir Səlim Müslümovla eyni cinayət işi üzrə təqsirləndirilir. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.
Məhkəmənin qərarı ilə Ə.Cəbiyev barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Həm o, həm də S.Müslümov DTX-nın istintaq təcridxanasında saxlanılır.

Keçmiş nazir və aparat rəhbərinə hazırda verilmiş ittihamlarda 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Rəşad Məcid: "İnanmıram ki, onun bu məsələlərdə əli olsun"

Rəşad Məcid - Sosial media

Yazıçı, jurnalist Rəşad Məcidsə bu həbsin ciddi məsələ olmağını güman edir və inanır ki, yazıçı tezliklə azadlığa qovuşacaq: “Yazıçılar Birliyinin millət vəkilləri, məmur, nazir, rektor kimi üzvləri var: Əjdər Ol da onlardan biri - gözəl şair, yazıçıdır. Azərbaycanda nazirlərinin çoxu həbsdədir. Bu hökumətə xələl gətirir ki? Əjdər Olun günahı sübut olunmayıb. Ola bilsin ki, bu anlaşılmaz şikayətlərlə əlaqədar olsun. Mən inanmıram ki, onun bu məsələlərdə əli ola bilər”.

“Əjdərin Azərbaycan poeziyası, ədəbiyyatı qarşısında böyük xidmətləri var: Vətənpərvərlik, dövlətçilik mövzusunda yazılan əsərlərin müəllifidir”, - deyə o fikrini tamamlayıb.

Rasim Qaraca: “Onun həbsini daha çox Azərbaycanın amansız reallığı adlandırmaq olar”

Rasim Qaraca

FOTO:Sosial media

Yazıçı Rasim Qaracaya görə, Əjdər Ol hər zaman dövlətçilik mövqeyində duran, Heydər Əliyev haqqında kitab yazan, eyni zamanda yüksək ədəbi istedadı olan yazıçıdır.
“Güman edirəm Əjdərin bu reallığı yazması üçün fürsəti olacaq. O ki qaldı Yazıçılar Birliyinə, onsuz da ləkəli olan bu təşkilatın nüfuzu ilə Əjdərin həbsinin az əlaqəsi var”, - deyə o bildirib.
 

Faiq Balabəyli: "Əjdər Olun yaradıcılığı Azərbaycan xalqına xidmət idi"

Faiq Balabəyli

FOTO:Sosial media

Şair Faiq Balabəyli isə Əjdər Olun yaradıcılığını Azərbaycan xalqına xidmət kimi dəyərləndirir: “Hər hansı neqativ hal olubsa, sözsüz, nazirliyin səlahiyyətli şəxslərinin bundan xəbəri olmalıydı”.

F.Balabəyli Əjdər Ola ədəbiyyat adamı kimi rəğbəti olduğunu deyir: “Məmur kimi deyə bilmərəm necə işləyib, amma bildiyim qədəri ilə bu dövrdə hər kəs ondan razı olub”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo