Sosial

"Qarabağ" "Qəbələ" qarşılaşmasından reportaj

25 Aprel, 2022
1370

Toplum TV

Dünən, aprelin 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib.

55 xalla lider olan "Qarabağ" 35 xalla 4-cü sıradakı "Qəbələ"nin qonağı olub.

Toplum TV

Komandalar ölkə çempionatlarında 53 dəfə üz-üzə gəliblər. Bunların 28-də Ağdam təmsilçisi, 10-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 83:43. "Qırmızı-qaralar" Premyer Liqada 15 oyundur qalib gəlmir. Qonaqlar isə son iki səfər görüşündə qol buraxmayıb.

Oyunu izləmək üçün Azərbaycanın bir çox şəhərindən azərkeşlər gəlib.

Toplum TV

Tərəfkeşlərdən Əhməd Məmmədov oyuna baxmaq üçün şəxsi avtomobili ilə Mingəçevirdən gəldiyini söyləyir: "Həm təxmin, həm də ümid edirəm ki, Qarabağ bu oyunuda qələbə ilə başa vuracaq. Oyuna baxmaq üçün oğlumla gəlmişəm. Hər zaman Qarabağın arxasındayıq".

"Qəbələ" azerkeşləri isə keçən oyunda uduzduqlarını bilsələr də ümidlərini itirmədiklərini qeyd edirlər.

"Qəbələnin burada baş tutan hər bir oyununa gəlirəm. Uduzanda pis olsam da bu sevdadan vaz keçə bilmirəm. Bu oyun həvəslə gəlmişəm. Ümid edirəm ki, uduzmaz",-deyə "Qəbələ" azerkeşi Seymur Qurbanov söyləyib.

"Qarabağ ordu" və "İmarət tayfa" fan clubları Bakıdan təxminən iki yüzə yaxın azərkeşlə gəlmişdilər. Matç başlayandan öz bəstələri və şuarları ilə "Qarabağ"a dəstəklərini göstəriblər.

Toplum Tv

"Red black army" fan klubu isə oyun ərzində Qəbələyə dəstək olublar.

Görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubundan hər iki qolu İbrahima Vadji vurub. Seneqallı hücumçu 6-cı və 14-cü dəqiqələrdə fərqlənib.

Oyun bitdikdən sonra "Qəbələ" azerkeşləri məyus şəkildə stadiyonu tərk edib.

Toplum TV

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Son 4 ildə dinlənən hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub" 

12 Sentyabr 2025

Foto: açıq mənbə

Təhsil İnstitutunun son 4 ildə monitorinq apardığı hər 10 dərsdən 7-də "tədrisin keyfiyyəti zəif olub".  Bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev sentyabrın 12-də “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. Onun sözlərinə görə, qurum son 4 ildə 400 məktəbdə ümumilikdə 17,300 dərsdə dinləmə aparıb. O, dinləmə aparılan məktəblərin ölkə üzrə yerləşmə arealını açıqlamayıb.  "Bu dərslərin müfəssəl datasını toplamışıq. Əsas fokus Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi fənn dərsləri olub. Qiymətləndirmədə 5 meyara fikir verilib: müəllimlərin dərsə hazırlığı, şagirdlərin dərsdə fəal iştirakı, resurslardan istifadə, dərslərin şagirdlərdə bilik və bacarıqları formalaşdırması və formativ qiymətləndirmənin aparılması", -...
Sosial

Əfqanıstanda zəlzələdə 600-dən çox insan ölüb

1 Sentyabr 2025

Foto: Reuters

Əfqanıstanın şərqindəki Kunar və Nanqarhar vilayətlərində sentyabrın 1-ə keçən gecə 6 bal gücündə zəlzələ baş verib.  Ölkənin Daxili İşlər Nazirliyi bu ana qədər ən az 622 nəfərin öldüyünü, 1500-dən çox insanın yaralandığını təsdiqləyib.  Bir neçə kəndin tamamilə dağıldığı, xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.  "Al Jazeera"nin yerli müxbirinin məlumatına görə, zəlzələ baş verən bəzi ərazilərə yardım çatdırmaq əlverişsiz yol şəraitinə görə çətinləşib.  Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstan ofisi dağıdıcı zəlzələdən "dərindən kədərləndiklərini" bildiriblər.  "Qruplarımız ərazidədir, təcili yardım və xilasedici dəstək göstərirlər. Düşüncələrimiz zərərçəkmiş icmalarladır", - deyə bəyanatda qeyd olunub.

Seçilmiş Videolar

Toplum TV loqo