Siyasət

Avropa çempionatı Moskvadan alınaraq Bakıya verilib

16 İyul, 2022
1140

Trend.az

Bədii gimnastika üzrə Avropa çempionatı Moskvadan alınaraq Bakıya verilib.

Bu barədə Avropa Gimnastika Fedarasiyasının rəsmi saytında məlumat verilib. 

Bildirilir ki, çempionat 2023-cü il 17-21 may tarixlərində Azərbaycan paytaxtında baş tutacaq.

Qərarın Rusiyanın Ukraynaya təcavüzü fonunda verildiyi bildirilir. 
Belə ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarusun qurumun təşkilatçılığı ilə keçirilən yarışlarda iştirakına qadağa qoyub.

Xatırlatma

Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb. 

Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb. 

Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İlham Əliyev YAP-a müddət məhdudiyyəti olmadan rəhbərlik edəcək

5 Oktyabr 2026

president.az

Hakim Yeni Azərbaycan Partiyası (YAP) nizamnaməsində partiya sədrinin beş illik səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Dəyişiklikdən sonra prezident İlham Əliyevin YAP sədri kimi fəaliyyəti konkret müddətlə məhdudlaşdırılmayacaq. APA-nın məlumatına görə, bunu YAP-ın Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov oktyabrın 2-də keçirilən partiyanın VIII qurultayında nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Əvvəlki nizamnaməyə əsasən, YAP sədri beş il müddətinə seçilir və bu müddət başa çatdıqdan sonra qurultayda yenidən seçilməli idi. Nizami Səfərov bildirib ki, sədrin beşillik səlahiyyət müddətini nəzərdə tutan müddəa nizamnamədən çıxarılıb. “Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə...
Siyasət

Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”

5 Oktyabr 2026

VOA

“Müdafiə Xətti” insan haqları təşkilatı sentyabr ayı üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb. Hesabatda bildirilir ki, sentyabrın 7-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 13 il, həmin iş üzrə təqsirləndirilən ictimai fəal Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Sənəddə “Toplum TV işi” üzrə sentyabrın 21-də keçirilən apellyasiya iclasına da toxunulur. Təşkilat müdafiə tərəfinin vəsatətlərinin baxılmadan rədd edildiyini bildirir. “Hakim Zəfər Əhmədov prosesin gedişində Cinayət-Prosessual Məcəllənin tələblərini kobud surətdə pozaraq məhkəmədə vətəndaşların iştirakına qadağa qoydu, təqsirləndirilən şəxslərin müdafiə hüququndan istifadə etmələrinə mane oldu, onlardan üç nəfərini zaldan çıxardı, Ruslan İzzətliyə qarşı qeyri-etik ifadədən...

Seçilmiş Videolar

Toplum TV loqo