Sosial

Qazinin qazpulu borcu və “Azəriqaz”ın səlahiyyət dairəsi

26 iyul, 2021
4236

Açıq mənbələrdən götürülüb

II Qarabağ müharibəsi iştirakçısı Rüfət Əliyevin atası, Xaçmaz sakini Yaşar Əliyev qaz borcunu ödəyə bilməməsindən şikayətçidir.

Onun sözlərinə görə, R.Əliyev Fizulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, yaralanaraq sol gözünü itirib, bədənində qəlpələr var.

“Oğlumun bütün sənədlərini aparıb rayonumuzun Qaz İstismar İdarəsinə təqdim etmişdim. Orda mənə dedilər ki, ola bilsin, borclar silinəcək, ona görə ödəniş etmədim. Mən borc saxlayan deyiləm, ancaq indi 470-480 manat borc yığılıb deyə ödəməyə gücüm çatmır”.

“Mənim qazancım gündəlik 10-15 manatdır. Bilmirsən, yeməyə verəsən, yoxsa qaza verəsən. İndi idarədən deyirlər ki, borcun silinməsi üçün qərar çıxmalıdır, amma bunun nə vaxt olacağı bilinmir,  borcunu ödə”.

“Azəriqaz” İstehsalat Birliyi şəhid və qazi ailələrinin qazpulu borcunu silə bilərmi?

“Siz “Azəriqaz”ın səlahiyyət dairəsinə aid olmayan suallar verirsiniz”.

Ceyhun Səfərov - Rəsmi səhifə

 “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Ceyhun Səfərov “Toplum TV”-yə  açıqlamasında belə deyib.

C.Səfərov bildirib ki, “Azəriqaz” əhaliyə qaz satışını həyata keçirən təşkilatdır:

“Biz qaz çəkilişlərini həyata keçiririk. İstisna hallarda “Azəriqaz”-ın rəhbərliyi tərəfindən şəhid və qazi ailələrinin müraciətlərinə operativ şəkildə baxılır, daxili imkanlarımız hesabına onların evlərinə  qaz çəkilişləri həyata keçirilir”.

Mətbuatda “Azəriqaz” İstehsalat Birliyinin qazpulu borcu problemini də daxili imkanlar hesabına həll etməsinə dair faktlar mövcuddur. Ötən ilin iyul ayında bu qurum Masallının Sığıncaq kəndindən olan, Tovuz döyüşlərində yaralanan Nurlan Quliyevin ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunu “daxili imkanları hesabına” qapadıb.

““Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə başsağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq. Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim diqqətdədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq”, - “Azəriqaz”ın həmin günlərdə verdiyi açıqlamasında belə deyilirdi. 

Fazil Mustafa - Sosial Media

Deputat Fazil Mustafa şəhid ailələri və qazilərin qazpulu borclarının silinməsi məsələsinin parlamentdə müzakirəyə çıxarılması ehtimalı barədə “Toplum TV”-nin sualına belə cavab verib:

 “Hazırda Milli Məclis tətildədir. Payız sessiyası başlayanda bu məsələ müzakirə oluna bilər”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo