BBC
Rusiya İstintaq Komitəsində müxalif siyasətçi Aleksey Navalnıya və onun təşkilatının əməkdaşları - Leonid Volkov və İvan Jdanova qarşı yeni cinayət işi açılıb.
"Radio Svoboda"-nın verdiyi məlumata görə, onlar "fəaliyyəti vətəndaşlar üzərində zorakılıqla və onların sağlamlığına zərər vurmaqla müşayiət olunan ictimai təşkilata rəhbərlik etmək" maddəsiylə ittiham olunurlar.
Əslində, cinayət işi hələ fevralın əvvəlində açılıbmış, amma təzəlikcə, Navalnının fondlarının və qərargahlarının ekstremist təşkilat kimi tanınması işi üzrə sənədlər yayımlanandan sonra ortaya çıxıb. Bu maddə üzrə maksimum dörd il həbs cəzası nəzərdə tutulur.
Aleksey Navalnı səkkiz il öncəki cinayət işinə görə hazırda həbsdədir. Hökmə əsasən, o, 2023-cü ilin yayında azadlığa çıxacaq. Jdanov və Volkov isə hazırda ölkə xaricindədirlər. Mart ayında Litva Rusiyanın sorğusu əsasında Volkovu həbs etməkdən imtina edib. Rusiyada onun barəsində yeniyetmələri qanunsuz etiraz aksiyalarına cəlb etmək və mitinqlərdə sanitar normaları pozmaq ittihamları ilə də cinayət işi açılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Qətər və Türkiyə də daxil olmaqla 17 ölkə HƏMAS-ın tərk-silah olmasını tələb edib
Foto: AFP
Foto: EPA
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?