Le Monde
Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı həbsxana xəstəxanasından kaloniyaya qaytarılıb.
"Svoboda.org"-un iyunun 7-də verdiyi xəbərə görə, hazırda o, Vladamiriskin Pokrov şəhərindəki kaloniyada saxlanılır.
Siyasətçi iki həftə çəkən aclıq aksiyasından sonra xəstəxanaya yerləşdirilmişdi. O, həbsxanada saxlanma şəraitindən narazılıq edir və oxumaq istədiyi kitabların ona verilməsini tələb edirdi. Navalnının sözlərinə görə, saxlanıldığı kaloniyada senzura tətbiq edilir və ona oxumaq üçün "Quran" kitabı verilmirdi.
Xəstəxanadan kaloniyaya qaytarıldıqdan sonra Navalnı oxumaq istədiyi kitabların da ona çatdırıldığını deyib. "İndi məndə "Quran" var, Vladimir Sorokinin sonuncu kitabı var, məndə hətta "İncil" də var və sistem oturuşub. Burda mənimçün vacib fakt odur ki, bizə kitab verilib və bu qayda halına salınıb".
Siyasətçi həbsxanada senzuranın tətbiq olunmasıyla bağlı məhkəmə iddiasını geri çəkib, o bildirib ki, hüquqa əsasən burada senzuranın olmadığı təsdiq olunub. O, həmçinin ona həbsxanada "Quran"ın verilməməsi bağlı şikayət ərizəsini də geri götürüb.
Fevralın 2-də Moskva məhkəməsi Aleksey Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. “İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alındığından, o, həbsxanada 2,5 il cəza çəkəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Foto: sosial media
İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’
açıq mənbə
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir