Dünya

Rusiyada Navalnının təşkilatları qadağan edildi

10 iyun, 2021
1908

AFP

Moskva şəhər məhkəməsi müxalif siyasətçi Aleksey Navalnı tərəfindən yaradılan Korrupsiya ilə Mübarizə Fondunu (KMF), “Vətəndaşların hüquqlarını müdafiə fondu”nu (bu təşkilatlar daha əvvəl Rusiyada “xarici agent” elan edilmişdilər), eləcə də Navalnının qərargahlarının ekstremist təşkilat olması barədə qərar çıxarıb və onların fəaliyyətini qadağan edib. 

"Svoboda.org"un məlumatına görə, məhkəmə bu təşkilatların ləğv olunması barədə hökm çıxarıb. Məhkəmənin hökmündən şikayət verilə bilər, amma qərara əsasən, təşkilatlar dərhal fəaliyyətlərini dayandırmalıdırlar. 

Bildirilir ki, qərar Moskva prokurorluğunun iddiası əsasında qəbul edilib. Məhkəmə iclası 12 saatdan çox davam edib. İclasın sonunda KMF-in bütün vəkilləri məhkəmənin qərəzli olduğunu bildirərək prosesi tərk ediblər. 

Vəkil İvan Pavlovun sözlərinə görə, razılaşdırılmamış aksiya iştirakçılarının cərimələrinin KMF tərəfindən ödənilməsini məhkəmə “ekstremist fəaliyyətin maliyyələşdirilməsi” faktı kimi qəbul edib.

Məhkəmə prosesi qapalı keçirilib, çünki sənədlərin bir hissəsi “məxfi” qrifinə malikdir. Son iclasda müdafiə tərəfinin məxfiliyin götürülməsi barədə bütün vəsatətləri rədd olunub. 

Hazırda həbs koloniyasında olan Navalnının "İnstaqram" hesabında onun adından məlumat yerləşdirilib. Həmin postda “Məqsədlərimizdən və ideyalarımızdan geri çəkilməyəcəyik. Bu bizim ölkəmizdir və başqası yoxumuzdur” deyilir.

Yeni qəbul olunmuş qanuna görə, Navalnı tərəfdarları – hətta KMF-də və digər təşkilatlarda işləməyənlər də – bunları dəstəklədikləri hesab olunarsa, hər hansı səviyyədə seçkilərdə iştirak edə bilməzlər.

ABŞ Dövlət Departmenti və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Moskva məhkəməsinin qərarını qınayıblar. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub

9 noyabr 2026

Foto: sosial media

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “NVIDIA”nın baş icraçı direktoru Censen Huanq şəxsi münasibətləri və mümkün casusluq iddiaları ilə bağlı qalmaqalla üzləşib. “Reuters”in noyabrın 8-də yaydığı məlumata görə, şirkətin direktorlar şurası Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olub-olmadığını müəyyənləşdirmək üçün müstəqil araşdırmaya başlayıb. Qalmaqal ABŞ mediasında “NVIDIA” rəhbərinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən iş qadını ilə yaxın münasibətdə olması barədə məlumatların yayılmasından sonra gündəmə gəlib. Söhbət Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən biri Alise Huanqdan gedir. “The New York Times”ın yazdığına görə, ABŞ rəsmiləri Alise Huanqın Çin kəşfiyyatı ilə əlaqəsi ola biləcəyini ehtimal ediblər. Qəzetin məlumatında qadının Censen...
Dünya

İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’

9 noyabr 2026

açıq mənbə

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumatı şərh edib. İran XİN-in sözçüsü İsmayıl Bəqai bu barədə “Mehr” agentliyinin sualına cavabında danışıb. O qeyd edib ki, 14 İran vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi məna kəsb etmir. “Son günlər Azərbaycanın Daxili İşlər Nazirliyi bir neçə İran vətəndaşını ‘arzuolunmaz şəxs’ adlandırıb. Əsasən, Azərbaycanın hansı əsasla digər ölkələrin vətəndaşlarını arzuolunmaz şəxs elan etdiyi də məlum deyil. ‘Arzuolunmaz şəxs’ ifadəsinin özü məna kəsb etmir, çünki həmin şəxslər o ölkənin ərazisində olmayıblar. Onlar diplomat da deyillər. Lakin bu addım dostyana deyil. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə...

Seçilmiş Videolar

Toplum TV loqo