Dünya

Avropa Birliyi Rusiya neftinə mərhələli embarqonu razılaşdırdı

31 May, 2022
1824

açıq mənbədən götürülüb

Avropa Birliyinin (AB) 27 üzv ölkəsi Rusiyadan neft idxalının üçdə birindən də çoxunu dərhal azaltmaqla bağlı razılığa gəliblər. 

Bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mayın 30-da “Twitter”də yazıb.

Qərara görə, Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək. (dənizə çıxışı olmayan Macarıstan, Çexiya və Slovakiya nefti boru kəməri ilə alır.)

Dəniz vasitəsilə idxal olunan neft AB-nin Rusiyadan aldığı neftin üçdə ikisindən çoxunu təşkil edir.

İlin sonuna qədər ümumilikdə Rusiyadan satın alınan neftin 90%-dən imtina olunacaq.

Avropa Birliyinin tətbiq etdiyi 6-cı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı "Sberbank" SWIFT sistemindən təcrid edilib.

Bundan başqa, AB Ukraynaya 9 milyard avro yardım ayırıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Mixail Qusman Azərbaycana gəldikdən bir həftə sonra işindən azad edilib 

25 İyul 2025

Foto: president.az

Rusiyanın baş naziri Mixail Mişustin Mixail Qusmanı “TASS” agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edib.  Müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc olunub. Qərarın səbəbləri açıqlanmayıb. “TASS”ın baş direktoru Andrey Kondraşov 75 yaşlı Qusmana agentlikdə keçirdiyi “30 illik yorulmaz fəaliyyəti üçün” təşəkkür edib və ona “yeni layihələr və yeni istedadlı komandalar” arzulayıb. Son günlərdə Qusman rusiyalı hökumətyönlü blogerlər tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin çıxış etdiyi Şuşa Qlobal Media Forumuna gəldiyinə görə tənqid olunub.  İyulun 19-da Xankəndidə keçirilən forumda Qusman Əliyevə sual verərək Azərbaycanın “tamamilə unikal xarici siyasət” həyata keçirdiyini vurğulayıb. “Mən başa düşürəm ki, sizdən bunu necə etdiyinizi soruşmaq,...
Dünya

Rusiyada təyyarə qəzaya uğrayıb, 49 nəfərin öldüyü güman edilir 

24 İyul 2025

Foto: Getty Images

Rusiyanın uzaq şərqindəki Amur vilayətində təyyarə qəzaya uğrayıb.  "TASS" agentliyinin xəbərinə görə, xilasedicilərin ilkin ehtimalına görə dağlıq ərazidə qəzaya uğrayan təyyarədən sağ çıxan yoxdur.  Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, "Anqara Hava Yolları"na aid olan "An-24" modelli təyyarədə 5-i uşaq olmaqla 43 sərnişin və 6 heyət üzvü olub.

Seçilmiş Videolar

Toplum TV loqo