Siyasət

Avropa Birliyi Yerevan və Bakını ritorikanı mülayimləşdirməyə çağırır

11 Noyabr, 2022
2246

Açıq mənbələrdən götürülüb

Avropa Birliyi (AB) bir daha Yerevan və Bakını ritorikanı mülayimləşdirməyə və gərginliyin lüzumsuz şəkildə artmasına yol verməməyə çağırır. 

Bu barədə AB Xarici İşlər Xidmətinin noyabrın 11-də yaydığı bəyanatda deyilir.

“Bu həftə Dağlıq Qarabağ münaqişəsi zonasında 44 günlük müharibənin başa çatmasının ikinci ildönümüdür. Bu münasibətlə AB son 30 ildə münaqişənin bütün erməni və azərbaycanlı qurbanlarını xatırlayır. Bu çətin mirası tam dərk edərək, o, hər iki tərəfi düşmənçilik səhifəsini çevirməyə və daha çox lazımsız insan itkisi və zərərin qarşısını almaq üçün barışıq səylərini davam etdirməyə çağırır.

https://toplum.tv/multimedia/10-noyabr-ne-herb-ne-sulh-beyannamesi

AB Ermənistan və Azərbaycan rəhbərliyinin fikir ayrılıqlarını aradan qaldırmaq və regionda davamlı sülhə nail olmaq üçün atdığı çoxsaylı addımları alqışlayır. AB onların müxtəlif səviyyələrdə və müxtəlif formatlarda davam edən danışıqlarda davamlı iştirakını yüksək qiymətləndirir. Baxmayaraq ki, bu danışıqlar mürəkkəb olacaq və vaxt aparacaq, sürəti qorumaq, irəliyə doğru konkret addımları razılaşdırmaq və bütün region xalqlarının rifahı naminə təhlükəsiz, firavan mühiti təmin etmək vacibdir", -bəyanatda bildirib. 

AB qeyd edir ki, son 30 ilin yaralarını sağaltmaqdan asan deyil, belə qeyri-sabit bir mühitdə tərəflər ritorikalarını mülayimləşdirməyə və bir-birini təhdid etməkdən, günahlandırmaqdan, təxribatçı hərəkətlər törətməkdən çəkinməli, lazımsız gərginlikdən uzaq durmalıdırlar. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP: “Məhkəmə beş ayda Əli Kərimli ilə bağlı səkkiz şikayəti geri qaytarıb”

22 Sentyabr 2026

şəxsi arxivi

Səbail Rayon Məhkəməsi son beş ayda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ilə bağlı verilən səkkiz şikayəti baxılmadan geri qaytarıb. Bu barədə sentyabrın 22-də AXCP-nin mətbuat xidməti məlumat yayıb. Açıqlamaya görə, sonuncu şikayət sentyabrın 21-də geri qaytarılıb. Həmin müraciət Əli Kərimlinin informasiya almaq hüququnun pozulması iddiası ilə bağlı olub. Partiya bildirib ki, digər müraciətlər AXCP sədrinin atasının dəfn mərasimində iştirakı, işgəncəyə məruz qalması, müdafiə, ailəsi ilə görüş və telefon danışığı hüquqlarının pozulması, eləcə də əlyazmalarının alınması ilə bağlıdır. Mətbuat xidmətinin bildirdiyinə görə, məhkəmə müraciətlərin geri qaytarılmasını bu növ şikayətlərin verilməsinin Cinayət-Prosessual Məcəllə ilə tənzimlənməməsi ilə əsaslandırıb....
Siyasət

İlham Əliyev: “İqtisadi artım templəri çox da böyük deyil”

22 Sentyabr 2026

president.az

Sentyabrın 22-də prezident İlham Əliyev Azərbaycanda iqtisadi artım tempinin yüksək olmadığını bildirib. Mətbuat xidmətinin yaydığı məlumata görə, prezident bu barədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə danışıb. “Ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq, görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız ‘Azəri-Çıraq-Günəşli’ artıq 30 ilə yaxındır istismardadır”, - Əliyev deyib. Prezident qeyri-neft sektorunun inkişafını daha vacib göstərici adlandırıb: “Ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi neft hasilatıdır. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da...

Seçilmiş Videolar

Toplum TV loqo