Dünya

Belarusda ondan çox hüquq müdafiəçisi saxlanılıb

15 iyul, 2021
1177

TASS

Belarusda “Vesna” hüquq-müdafiə təşkilatının rəhbəri Ales Belyatski İstintaq komitəsinin mərkəzi aparatı tərəfindən aparılan cinayət işi çərçivəsində saxlanılıb. 

Bu barədə “Radio Svoboda”  məlumat yayıb.

İyulun 14-də səhər radələrindən Belarus hüquq müdafiəçilərinin, digər qeyri-hökumət təşkilatları əməkdaşlarının evlərində, müxalif Belarus Xalq Cəbhəsi təşkilatının ofisində axtarışlar aparılıb. Ondan çox adam saxlanılıb.

İstintaq hərəkətləri ən azı 19 təşkilatı əhatə edib. Onların arasında “Vesna”dan savayı, “Azadlıq uğrunda” hərəkatı, Belarus Jurnalistlər Assosiasiyası, Belarus Helsinki Komitəsi, “İmena” xeyriyyə layihəsi, “Gender perspektivləri” hüquq-müdafiə təşkilatı, Belarus Yazıçılar İttifaqı, Lev Sapeqa fondu, "Lawtrend" Mərkəzi var.

Axtarışlar Minsk, Orşa, Qrodno, Brest və Borisov şəhərlərində aparılıb.

“Vesna” təşkilatında axtarış “ictimai asayişi kobud surətdə pozan qrup hərəkətlərinin təşkili və maliyyələşdirilməsi” maddəsi ilə mart ayında başladılan cinayət işi çərçivəsində aparılıb. Təşkilata həmçinin belə hallarda ənənəvi “vergidən yayınma” ittihamı irəli sürülüb.

Avropa Birliyinin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano axtarış və həbsləri “insan hüquq və azadlıqlarının həyasızca pozulması” adlandırıb. “Bunun cavabı olacaq. Lukaşenko rejimi müstəqil səslərdən qorxur və onları həmişəlik susdurmağa çalışır”, - Stanonun "Tvitter" yazısında deyilir.

İyulun 13-də Rusiya prezidenti Vladimir Putinlə görüşən Aleksandr Lukaşenko Belarusda qeyri-hökumət təşkilatlarının fəallığından şikayət etmiş, onların demokratiya adı altında terror yaydıqlarını söyləmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fransa 700-dən çox supermarketə kiberhücumda İranı ittiham edir

10 noyabr 2026

sosial media

Fransa hakimiyyəti ölkədə yüzlərlə supermarketə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edir. Hücum nəticəsində soyuducu və dondurucu sistemlərin fəaliyyəti pozulub, milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb, azı 15 yanğın baş verib. Fransa Xarici İşlər Nazirliyinin noyabrın 9-da yaydığı bəyanata görə, oktyabrın 11-dən 12-nə keçən gecə baş verən hücum ölkə üzrə 700-dən çox ticarət obyektini əhatə edib. Paris hadisəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Şəhid Kaveh” adlı kiberqrupu məsul hesab edir. Fransa tərəfinin bildirdiyinə görə, hakerlər mağazalardakı soyuducu avadanlıqların uzaqdan idarəetmə sistemlərinə daxil olaraq onların iş rejimini dəyişdiriblər. Nəticədə soyuducularda ərimə prosesi...
Dünya

İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”

10 noyabr 2026

sosial media

Ermənistan İranı əmin edib ki, Ermənistanın Sünik vilayətindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun sərhədlərini və geosiyasi mənzərəsini dəyişməyəcək. “Mehr” agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. “Biz dəfələrlə mövqeyimizi ifadə etmişik. Nəqliyyat yollarının blokadadan çıxarılmasını alqışlamışıq və vurğulamışıq ki, bu layihələr regionun geosiyasətinin dəyişməsinə gətirib çıxarmamalıdır”, - deyə Bəqai qeyd edib. İran rəsmisinin sözlərinə görə, ABŞ-nin regiondakı mövcudluğu və təsiri həmişə “təhlükəsizlik problemləri ilə müşayiət olunub”. “Biz narahatlıqlarımızı Ermənistana bildirmişik və bu layihənin sərhədlərin dəyişməsinə səbəb olmayacağına dair əmin edilmişik”, - o əlavə edib. TASS agentliyi də...

Seçilmiş Videolar

Toplum TV loqo