Dünya

Lukaşenko insanlığa qarşı cinayətlərdə ittiham olunur

5 May, 2021
1611

TASS

Dörd alman vəkil 10 belarusun adından Aleksandr Lukaşenkonun insanlığa qarşı cinayətlər törətməsi iddiasıyla Almaniyanın federal prokurorluğuna müraciət edib. 

Bu barədə mayın 5-də DPA agentliyi məlumat yayıb. 

İddia ərizəsi 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərinə etiraz məqsədiylə keçirilən din nümayişlərin iştirakçılarının adından verilib. Vəkillər Almaniyadan beynəlxalq yurisdikasiyaya əsaslanmaqla həmin cinayətlərlə bağlı müstəqil araşdırma aparmağı istəyiblər. Yurisdiksiyaya əsasən, başqa dövlətlərdə baş verən cinayət əməlləri inzibati məsuliyyətə yalnız o zaman cəlb oluna bilər ki, bu cinayətlər beynəlxalq hüquq tərəfindən qadağan edilmiş olsun. 

Vəkillər Lukaşenkonun və güc orqanları əməkdaşlarının saxlanılan vətəndaşlara ifrat təzyiqin və işgəncənin tətbiq olunmasına görə, Belarusda cəza gözləmədiyini vurğulayıblar. 

"Bizim müştərilərimiz gözləyirlər ki, Almaniya Belarus məsələsində də özünü universal insan hüquqlarının müdafiə tərəflərindən biri elan edəcək", - belarus sakinlərinin maraqlarını müdafiə edən vəkillər qrupu açıqlaqlamasında bildirib. 

Belarusda sonuncu prezident seçkilərinin nəticələri ilə razılaşmayan və etiraz aksiyalarında iştirak edən çox sayda insanın həbsxanalarda təzyiq, təqib və işgəncələrə məruz qaldıqları bildirilir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Ukrayna Rusiyada iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb

22 Sentyabr 2026

sosial media

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ufa və Samara şəhərlərində yerləşən iki neft emalı zavoduna zərbə endirdiyini bildirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Açıqlamaya görə, sentyabrın 22-nə keçən gecə Başqırdıstan Respublikasının Ufa şəhərindəki “Başneft-UNPZ” neft emalı zavodu vurulub. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verdiyi bildirilib. Zavodun illik neft emalı gücünün təxminən 7,5 milyon ton olduğu qeyd edilib. Müəssisədə benzin, dizel və qazan yanacağı, mayeləşdirilmiş qaz, kükürd və digər məhsullar istehsal olunur. Ukrayna tərəfinin məlumatına görə, zərbə endirilən digər müəssisə Samarada yerləşən Kuybışev neft emalı zavodu olub. Həmin müəssisənin ərazisində də yanğın baş verdiyi bildirilib. “Rosneft” şirkətinə məxsus...
Dünya

Türkiyədə məktəb qarşısında silahlı hücum olub, azı 11 şagird yaralanıb

22 Sentyabr 2026

sosial media

Sentyabrıən 22-də Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb qarşısında silahlı hücum nəticəsində ikisi ağır olmaqla azı 11 şagird yaralanıb. Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlayıb. Hadisə səhər saat 08:00 radələrində İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. DHA xəbər agentliyinin məlumatına görə, hücum edən şəxs ov tüfəngi ilə ətrafa atəş açdıqdan sonra hadisə yerindən piyada qaçıb. Manisa Valiliyi 15 yaşlı şübhəlinin tutularaq saxlanıldığını bildirib. Ədliyyə naziri yeniyetmənin valideynlərinin və silahın sahibi olduğu müəyyənləşdirilən babasının da saxlanıldığını bildirib. Nazirin sözlərinə görə, silahın yeniyetmənin əlinə necə keçməsi, saxlanma şəraiti və valideynlərin uşağa nəzarət öhdəliklərini yerinə yetirib-yetirməməsi araşdırılır. Hadisədən...

Seçilmiş Videolar

Toplum TV loqo