Dünya

Belarusun xarici borclar səbəbindən defolt olduğu elan edildi

15 İyul, 2022
2071

Reuters

"Moody's" beynəlxalq reytinq agentliyinin məlumatına görə, Belarus xarici borc öhdəliklərini yerinə yetirə bilməyib.

Agentliyin rəsmi saytında bildirilir, iyulun 13-də güzəşt müddəti başa çatıb və bu müddət ərzində ölkə "Belarus-27" avroistiqrazları  (qeyri-avropa şirkətləri tərəfindən Avropada buraxılan istiqrazlar nəzərdə tutulur-red) üzrə 22,9 milyon dollar ödəməli olub. Belarus Maliyyə Nazirliyi bu ödənişi milli valyutayla həyata keçirib, buna görə də istiqraz sahibləri ödənişləri ala bilməyiblər.

İyunun sonunda Belarus hökuməti ölkənin avroistiqrazlar üzrə borc öhdəliklərini Belarus bankının hesabına milli valyuta ilə ödəyəcəyini bəyan etmişdi. 

İyunun 22-də Rusiya Prezidenti Vladimir Putin də Rusiyanın xarici borcu üzrə rublla ödənişlərin yeni müvəqqəti qaydasını müəyyən edən fərman imzalayıb. İyunun 27-də "Moody's" Rusiyanın da avroistiqrazlar üzrə defoltu barədə məlumat verib. Bundan əvvəl Rusiyanın defolt olduğunu "Bloomberg" və "The Wall Street Journal" da xəbər vermişdi. Onların fikrincə, Rusiya 1918-ci ildən bəri ilk dəfə öz öhdəliklərini yerinə yetirməyib.

Rusiya Federasiyasının Maliyyə Nazirliyi buna cavab olaraq borc üzrə bütün öhdəliklərin tam şəkildə yerinə yetirildiyini bildirib. Departament ödənişlərin çatmamasınına görə  beynəlxalq hesablaşma-klirinq sistemlərinin rəhbərlərini günahlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Ukrayna Rusiyada iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb

22 Sentyabr 2026

sosial media

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ufa və Samara şəhərlərində yerləşən iki neft emalı zavoduna zərbə endirdiyini bildirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Açıqlamaya görə, sentyabrın 22-nə keçən gecə Başqırdıstan Respublikasının Ufa şəhərindəki “Başneft-UNPZ” neft emalı zavodu vurulub. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verdiyi bildirilib. Zavodun illik neft emalı gücünün təxminən 7,5 milyon ton olduğu qeyd edilib. Müəssisədə benzin, dizel və qazan yanacağı, mayeləşdirilmiş qaz, kükürd və digər məhsullar istehsal olunur. Ukrayna tərəfinin məlumatına görə, zərbə endirilən digər müəssisə Samarada yerləşən Kuybışev neft emalı zavodu olub. Həmin müəssisənin ərazisində də yanğın baş verdiyi bildirilib. “Rosneft” şirkətinə məxsus...
Dünya

Türkiyədə məktəb qarşısında silahlı hücum olub, azı 11 şagird yaralanıb

22 Sentyabr 2026

sosial media

Sentyabrıən 22-də Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb qarşısında silahlı hücum nəticəsində ikisi ağır olmaqla azı 11 şagird yaralanıb. Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlayıb. Hadisə səhər saat 08:00 radələrində İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. DHA xəbər agentliyinin məlumatına görə, hücum edən şəxs ov tüfəngi ilə ətrafa atəş açdıqdan sonra hadisə yerindən piyada qaçıb. Manisa Valiliyi 15 yaşlı şübhəlinin tutularaq saxlanıldığını bildirib. Ədliyyə naziri yeniyetmənin valideynlərinin və silahın sahibi olduğu müəyyənləşdirilən babasının da saxlanıldığını bildirib. Nazirin sözlərinə görə, silahın yeniyetmənin əlinə necə keçməsi, saxlanma şəraiti və valideynlərin uşağa nəzarət öhdəliklərini yerinə yetirib-yetirməməsi araşdırılır. Hadisədən...

Seçilmiş Videolar

Toplum TV loqo