Açıq mənbələrdən götürülüb
Hər matçda beş əvəzetmə icazəsi verilib.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbol oyununun qaydalarına rəsmi dəyişikliklər edib. İyunun 13-də Dohada keçirilən iclasda qurum oyun zamanı beş əvəzetmə qaydasını təsdiqləyib.
Koronavirus pandemiyası fonunda futbolçuların fiziki yükünü azaltmaq üçün 2020-ci ilin may ayında əvəzetmələrin sayı müvəqqəti olaraq üçdən beşə qaldırılmışdı. Nəticədə bu tədbir bütün futbol ictimaiyyətinin dəstəyini qazandı.
Yeni qayda 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
IFAB həmçinin hər matçda ehtiyatda olan oyunçuların maksimum sayını 12-dən 15-ə qədər artırmaq qərarına gəlib.
Əvəzetmələr üçün komandalar hər matçda əvvəlki kimi yalnız üç dəfə oyunu dayandırmaq hüququna malik olacaqlar. Buna görə də, komandalar matç zamanı yeni oyunçuları ya fasilə zamanı buraxacaq, ya da eyni vaxtda bir neçə oyunçunu dəyişdirə biləcəklər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”