Dünya

Neymar həbs edilə bilər 

28 iyul, 2022
1679

Açıq mənbələrdən götürülüb

Oktyabrın 17-də Braziliya millisinin və Fransanın "Paris Sen-Jermen" klubunun futbolçusu Neymar məhkəmə qarşısına çıxmalı olacaq. 

O və daha 5 nəfər korrupsiyada günahlandırılır.  

Bu barədə “El Pais” xəbər verib. 

İddianı qaldıran Braziliyanın DIS şirkətidir. "Santos"da oynayarkən futbolçunun 40% hüquqlarına sahib olmuş şirkət hesab edir ki, "Barselona" fırıldaq işlədib və 150 milyon avrodan çox təzminat ödəməlidir. 

https://toplum.tv/dunya/futbolda-esas-qaydalardan-biri-deyisdi

Şirkət və prokurorluğun iddiasına görə, 2011-ci ildə Neymar və atası futbolçunun hüquqlarının "Santos"a aid olmasına məhəl qoymadan "Barselona" ilə iki saxta müqaviləyə qol çəkib. 

Prokurorluq məhkəmədən Neymara 2 illik həbs cəzası və 10 milyon avro məbləğində cərimə verilməsini tələb edir. Şirkət isə Neymarın 5 il müddətinə həbs olunmasını istəyir. 
Məhkəmə iddiası qaldırılanlar arasında Neymarın valideynləri və "Barselona"nın sabiq prezidentləri də var. 

Neymar 5 fevral 1992-ci ildə Braziliyada anadan olub. 

O, ilk peşəkar müqaviləsini 2009-cu ildə "Santos"la bağlayıb. Elə həmin il "Campeonato Paulista"-da İlin Gənc Futbolçusu Mükafatını aldı. 

2013-cü ildə o, 54 milyon avro qarşılığında "Barselona"ya keçib. 2015 və 2016-cı illərdə ardıcıl iki il çempion olub, 2015-ci ildə isə yenidən Çempionlar Liqasının qalibi olub. 

2013-2017-ci illər arasında "Barselona"da ümumilikdə 123 matça çıxan Neymar 68 qol vurub. 

2018-ci ildə 222 milyon avro qarşılığında "Paris Sen-Jermen"ə transfer olub. Ona 10 nömrəli forma geyinən futbolçunun maaşı 43 milyondur. 

Bu qiymət futbol tarixində ən bahalı transferlərdən hesab olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

46 təşkilat Azərbaycanın ATƏT sədrliyinə təklif olunmasına qarşı çıxıb

24 noyabr 2026

sosial media

Bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə qəti etiraz edib və iştirakçı dövlətləri bu təşəbbüsün qarşısını almağa çağırıb. İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) saytında noyabrın 23-də yayımlanan müraciəti 46 təşkilat imzalayıb. Onlar Azərbaycan hökumətini təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində “etibarlı tərəfdaş” hesab etmədiklərini və ölkənin ATƏT-ə sədrlik etməyə layiq olmadığını bildiriblər. İmzaçılar arasında ABŞ-dən “Freedom Now”, Azərbaycandan İnsan Hüquqları Mərkəzi, Belarus Helsinki Komitəsi və “Vyasna” İnsan Haqları Mərkəzi də var. Müraciətdə deyilir ki, noyabrın 19-da ATƏT-in Daimi Şurasında Azərbaycanın 2027-ci ildə təşkilata sədrlik etməsi ehtimalı müzakirə olunub. Təşkilatlar bildirirlər ki, ATƏT-in idarəçiliyinin avtoritar hökumətə həvalə...
Dünya

BMT baş katibi dünya ölkələrini süni intellektə nəzarət üzrə çərçivə yaratmağa çağırıb

24 noyabr 2026

sosial media

BMT-nin baş katibi Antonio Quterreş süni intellektin yaratdığı risklərin idarə olunması üçün dünya ölkələrini qarşıdakı bir il ərzində vahid beynəlxalq çərçivə formalaşdırmağa çağırıb. “Əl-Cəzirə”nin məlumatına görə, Quterreş bu barədə noyabrın 23-də Barbadosun paytaxtı Bridgetaunda keçirilən Süni İntellekt Təhlükəsizliyi üzrə xüsusi sammitdə çıxışı zamanı danışıb. O, BMT-yə üzv dövlətləri səylərini əlaqələndirməyə, süni intellekt risklərinin idarə olunması üçün ümumi prinsiplər hazırlamağa və müstəqil nəzarət mexanizmi yaratmağa çağırıb. Baş katib bildirib ki, bu proses bütün ölkələrin iştirakını təmin etməli, süni intellekt sistemlərinin təhlükəsizliyinə etibarlı nəzarəti nəzərdə tutmalıdır. Quterreş texnologiyanın sürətli inkişafı fonunda bəşəriyyətin öz gələcəyi üzərində nəzarəti qorumasının vacibliyini vurğulayıb. O, beynəlxalq idarəetmə...

Seçilmiş Videolar

Toplum TV loqo